Qarabağa səfər şərtləri yumşaldıldı: Bölgədə yerli turizm üçün hansı imkanlar açılacaq?

TURİZM 09 iyul 2025, 15:14
"Dövlət başçımızın sonuncu çıxışında da bildirdiyi kimi, 30 illik işğal nəticəsində  Azərbaycan iqtisadiyyatına ümumilikdə 150 milyard ABŞ dolları dəyərində zərər vurulub. Bu kifayət qədər böyük bir rəqəmdir və heç şübhəsiz burda turizm sektorunun da payı var. İşğal dövründə infrastrukturun düşmən tərəfindən tamamilə dağıdılması bu sektorun yenidən qurulması üçün külli miqdarda vəsait və vaxt tələb edir".

Bu sözləri Demokrat.az-açıqlamasında turizm məsələləri üzrə ekspert Rahib İsmayılov deyib. 



O bildirib ki, zaman keçdikcə turizmin inkişafı həmin bölgələrdə daha da sürətlənəcək:

"Səfər zamanı xüsusi icazələrin 5 günə qaldırılması bölgədə xüsusən yay mövsümü üçün nəzərə çarpacaq dərəcədə müsbət effekt verəcək.  

Yay ayları turizm sektorunda yüksək sezon olduğuna görə bölgədə əsas çatışmazlıq yerləşmə ilə bağlıdır. Çünki həmin ərazilərdə yaradılan azsaylı otellər və kirayə verilən gündəlik şəxsi evlər bəzən tələbatı qarşılamır. Bu xüsusilə həftə sonları və bayram günlərində özünü daha qabarıq biruzə verir".

Onun sözlərinə görə, zaman keçdikcə açılacaq yeni otellər və ərazilərə qayıdacaq köçkünlərdən sonra bu hal nisbətən aradan qalxacaq:

"Digər bir məsələ bölgəyə xarici turistlərin təşviqidir. Əvvəldə vurğuladığım kimi yerləşmə hələlik yerli bazarı ödədiyi üçün və digər siyasi amillərə bağlı olaraq hələlik əcnəbi turistlərin kütləvi  qəbulu məqbul sayılmır. Bu məsələlərin növbəti illərdə həllini görəcəyimizə ümid edirəm".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 19:02
Top