“2026-cı il seçkilərinə qədər sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Çünki Konstitusiyada dəyişiklik olmasa, bu problem yenidən qalxa bilər, hətta Ermənistan parlamentində ratifikasiyadan keçməz. Paşinyan əgər hakimiyyətdə qalacaqsa, müqavilənin imzalanması da o vaxta qala bilər. 2026-cı ilin ikinci yarısı da ola bilər, ola bilsin, 2027-də olsun. Bu, Ermənistanda baş verən daxili siyasətin, Aİ-nin, Rusiyanın təkidi və təsirindən də asılıdır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş çox əhəmiyyətlidir:
“Çünki bu gün Ermənistan daxilində baş verən hadisələr, siyasi gedişlər, eyni zamanda 2026-cı ildə baş tutacaq seçkilər, təzyiqlər fonunda düşünürəm ki, bu görüş Ermənistan üçün də əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanı maraqlandıran əsas məsələ sülh müqaviləsinin imzalanması, regionda sülhün bərqərar olmasıdır.
Düşünürəm ki, bu görüşdə deklarativ bəyanatlar deyil, imzalana biləcək müqavilənin detalları və onların necə həyata keçirilməsi məsələsi əsas müzakirə obyekti olacaq".
Cavidan Mirzəzadə
Demokrat.az