“Ermənistanda Rusiya dəstəkli dövlət çevrilişi cəhdinin qarşısının alınmasından sonra Moskva Gümrü şəhərindəki hərbi bazasında hərbi qüvvələrin sayını artırmağa başlayıb. Rusiyanın Cənubi Qafqazdakı ən böyük xarici hərbi varlığı olan Gümrüdəki 102-ci hərbi baza Ermənistanın daxili və xarici siyasətinə nəzarət məqsədi daşıyır. Təxminən 5000 personalın olduğu bazada təbii ki, erməni əsgərləri də var. Amma bu əsgərlər Rusiya tərəfindən çıxış edəcək mövqedədirlər”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.
O bildirib ki, Ermənistanda revanşist qüvvələr kifayət qədərdir və onlar Azərbaycanla sülh əvəzinə, yeni müharibə eşqi ilə yaşayırlar:
“Paşinyan da o revanşistləri bir-bir zərərsizləşdirir. Təbii ki, baş nazir bunu öz hakimiyyətini qorumaq üçün edir. Amma hesab edirəm ki, Paşinyan–katalikos qarşıdurması Ermənistan cəmiyyətində parçalanmaya səbəb ola, Azərbaycanla sülh danışıqlarına təsir edə bilər. Deyə bilərəm ki, hazırkı mənzərədə bu tezisimdə haqlı olduğumu da göstərir”.
Deputat bildirib ki, bu köhnə qüvvələrin Paşinyan hakimiyyətini devirməyə qadir olmadıqları açıq-aşkardır:
“Paşinyana qarşı yeni qüvvələr hazırlanır. Erməni Kilsəsi və böyük iş adamları Rusiyanın yeni fiqurlarıdır. Onlar Paşinyanı devirmək istədiklərini gizlətmirlər. Keşiş Baqrat Qalstanyanın etiraz aksiyaları, iş adamı Samvel Karapetyanın Kilsəni dəstəkləməsi və Paşinyanı hədələməsi Rusiyanın hərəkətə keçdiyini göstərir.
Moskva çalışır ki, Paşinyanın qarşısına seçkilərdə daha güclü qüvvələr çıxartsın və narazı kütləni onun ətrafında birləşdirsin. Halbuki Ermənistanda belə bir şəxs yoxdur. Əgər tapılarsa və bütün müxalifəti ətrafında cəmləyə bilsə, Paşinyanın devrilməsinə gətirib çıxara bilər. Ancaq buna nail olmaq üçün Rusiyanın, Kilsənin və bütün müxalifətin dəstəklədiyi yeni siyasi qüvvə meydana çıxmalıdır.
Təbii ki, əgər Ermənistanda indiki hakimiyyət devrilərsə, bu, Azərbaycanla olan sülhə təsir edəcək”.
Cavidan Mirzəzadə
Demokrat.az