YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Avto

Bu avtomobilləri rayonlarda sürmək baha başa gəlir — Ekspert

Bu avtomobilləri rayonlarda sürmək baha başa gəlir — Ekspert

Azərbaycanda avtomobil saxlamaq xərcləri təkcə nəqliyyat vasitəsinin markası, modeli və istehsal ilindən deyil, həm də istifadə olunduğu bölgədən asılı olaraq dəyişə bilər. Bakıda avtomobil sahibləri daha çox yanacaq, parklanma, texniki xidmət və sıx nəqliyyatla bağlı əlavə xərclərlə qarşılaşdıqları halda, rayonlarda fərqli problemlər ön plana çıxa bilər.

Bəs Bakıda və rayonlarda avtomobil saxlamaq arasında real xərc fərqi nə qədərdir? Rayonlarda yaşayan avtomobil sahiblərinin əsas xərc yükünü hansı amillər təşkil edir və bölgələrdə avtomobilə qulluq etmək paytaxtla müqayisədə daha sərfəlidirmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, Bakıda bəzi ehtiyat hissələri nisbətən ucuz başa gəlir.

Bu avtomobilləri rayonlarda sürmək baha başa gəlir — Ekspert

Onun sözlərinə görə, burada başqa bir məqam da var: ehtiyat hissələri Bakıda daha ucuz olsa da, usta xidmətlərinin qiyməti yüksək ola bilər:

"Bölgələrdə isə ehtiyat hissələrinin böyük əksəriyyəti Bakıdan gətirilir. Bu da əlavə xərclərin yaranmasına və qiymət fərqlərinin formalaşmasına səbəb olur. Bu gün elektromobillər, plug-in hibridlər və digər müasir nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin təchizatı əsasən Bakı üzərindən həyata keçirilir. Həmin hissələr Bakıya gətirilir, burada anbarlarda saxlanılır və daha sonra digər bölgələrə paylanılır. Bu proses də özlüyündə həm qiymət, həm də logistika baxımından müəyyən fərqlər yaradır. Məsələn, elə texniki vasitələr var ki, xarici ölkələrdə mövcud deyil və ya əksinə, xaricdə istifadə olunan bəzi texniki vasitələr Azərbaycanda yoxdur. Bu da ehtiyat hissələrinin tapılması və onların qiyməti ilə bağlı müəyyən çətinliklər yaradır. Azərbaycan coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında mühüm nəqliyyat və inteqrasiya məkanında yerləşir. Bu xüsusiyyət ölkənin nəqliyyat infrastrukturunda da özünü göstərir. Xaricdə tətbiq olunan yeniliklər və texnologiyalar, bir qayda olaraq, ilk növbədə Bakıda özünü büruzə verir. Bu baxımdan paytaxtla digər bölgələr arasında təchizat imkanları fərqlənə bilir. Yanacaq qiymətlərinə gəlincə isə, bu sahədə ciddi bir problem görmürəm. Çünki yanacaq istehsal edən ölkəyik. Buna görə də ehtiyat hissələri və texniki xidmətlə bağlı yaranan qiymət fərqlərini yanacaq amili ilə kompensasiya etmək mümkün deyil. Amma nəqliyyat axınlarının düzgün təşkili, logistika imkanlarının genişləndirilməsi və təchizat zəncirinin səmərəli qurulması bu proseslərdə öz müsbət təsirini göstərə bilər".