YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Yasamalda qadın döyüldü

Yasamalda qadın döyüldü

Bakının Yasamal rayonunda 32 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Mətləb həyat yoldaşı Ülviyyə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, 32 yaşlı kişi evin mətbəxində şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı həyat yoldaşının üz və baş nahiyələrinə qəsdən əl zərbələri endirərək ona xəsarətlər yetirib.

Mətləb barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Mətləb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində həyat yoldaşı ilə barışdığını bildirib. Zərərçəkmiş də ərinin dediklərini təsdiqləyərək ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Mətləb barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor