İranın Qəşm adasında bir neçə partlayış baş verib.
Demokrat.az xəbər verir ki, ada sakinləri Qeşm şəhərinin şimal-qərb istiqamətindən bir neçə güclü partlayış səsi eşitdiklərini bildiriblər.
Şahidlərin sözlərinə görə, hadisədən sonra adanın səmasında tüstü də müşahidə olunub.
Partlayışların səbəbi və mümkün dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.



