YapiKredi Müraciət Forması
Mazda CX-5
Region

Keçmiş arvadını öldürmək üçün 25 min dollar ödəyən azərbaycanlı saxlanıldı

Keçmiş arvadını öldürmək üçün 25 min dollar ödəyən azərbaycanlı saxlanıldı

Gürcüstanın Qardabani bələdiyyəsində keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etməyə cəhd edən şəxs saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən şübhəli şəxs keçmiş həyat yoldaşını öldürtmək qərarına gəlib. O, planını həyata keçirmək üçün tanışına müraciət edərək 25 min dollar müqabilində muzdlu qatil tapmasını istəyib.

Məhkəmə qərarı əsasında aparılan gizli istintaq tədbirləri zamanı şübhəlinin cinayətin üç azyaşlı övladının analarının yanında olmadığı vaxt törədilməsini tələb etdiyi müəyyən edilib.

Polis saxlanılan şəxsin evində müxtəlif növ odlu silahlar, döyüş sursatları və vasitəçi ilə əlaqə saxlamaq üçün istifadə etdiyi mobil telefonu maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi üzrə araşdırma aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Qeyd edək ki, yerli mediada saxlanılan şəxsin Azərbaycan əsilli Rəfi Orucov olduğu iddia edilir.

Editor
Redaktor