YapiKredi Müraciət Forması
Mazda CX-5
Hadisə

Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı - FOTOLAR

Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı - FOTOLAR

Sumqayıtda binadan yıxılan şairə İlhamə Məhəmmədqızının vəziyyəti ağırdır.

Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 16-da saat 19 radələrində 1969-cu il təvəllüdlü şəxs (qadın) hündürlükdən yıxılma səbəbilə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

"Qapalı kəllə-beyin travması, hər iki bud sümüyünün sınığı diaqnozları təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda vurğulanır.

Samir Əli

15:08

Sumqayıtda tanınmış şairə binadan yıxılıb.

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, İlhamə Məhəmmədqızı (Məmmədova) yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.

Nəticədə qadın ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, jurnalist, yazıçı, şair-publisist İlhamə Məhəmmədqızı Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı - FOTOLAR

Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı - FOTOLAR