"Hər zaman ailə sistemini təriflədiyimi deyirdilər. Qohum evlikləri isə ailə sistemimizdə tək-tük problemlərdən biri idi. Kütləvi hal olmasa da, bu problemin tibbi-bioloji, mənəvi-sosial mənfilikləri hər zaman olub. Bu qanunun qadağan edilməsi çox vacib idi. Bu gün talassemiya mərkəzinə getmək kifayət edir ki, bunun böyük problem olduğunu görmək bəs eləsin".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
O bildirib ki, problem hər kəsdə olmaya bilir:
"Məsələ burasındadır ki, problem olmayanlar da ikinci nəsildə artıq problemlər özünü biruzə verir.
Faktiki olaraq xala qızı, əmioğlu bacı-qardaş hesab olunur. Bu evliliklər mənəvi və etik cəhətdən doğru deyil. Eyni qanı daşıyan, eyni evdə böyüyən şəxslərin birlikdə olması doğru deyil. Valideynlər övladlarına uşaqlıqdan başa salmalıdır ki, filankəs onun üçün bacı, qardaş hesab olunur. Belə evliliklərin 99%-i valideynlər tərəfindən təşkil olunur. Yalnız 1% hallarda bir-birini sevərək ailə həyatı qururlar".
Əfsanə Kamal
Demokrat.az