Dünya ulduzu Bodrumda 10 milyon dollarlıq villa aldı

MARAQLI 09 iyul 2025, 13:28
İngiltərə Premyer Liqasında "Liverpul" forması ilə mövsümü bombardir olaraq başa vuran misirli futbolçu Məhəmməd Salah istirahət üçün Bodrumu seçib. 

Demokrat.az
xəbər verir ki, ulduz futbolçunun aldığı villanın dəyəri isə gündəmə damğa vurub.

Rusiya, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə başda olmaqla dünyanın tanınmış futbolçuları, sənətçiləri və iş adamları Bodrumda otel və yahtalarda istirahət etməyə başlayıblar.

Karyerasının ən uğurlu mövsümlərindən birini keçirən və Premyer Liqa çempionu "Liverpul" ilə müqaviləsini yeniləyən 33 yaşlı misirli ulduz futbolçu Məhəmməd Salah ötən həftə dostları ilə birlikdə Bodrumda istirahətdə olub.

"Sabah" qəzetindən Ömər Karahanın məlumatına görə, Məhəmməd Salah Gündoğan Küçükbük bölgəsində 10 milyon dollar dəyərində xüsusi villa alıb. 

Dəniz mənzərəli, şəxsi çimərliyi və günəşlənmə terrasına sahib villada lüks şərait yaradılıb. Türk hamamı, sauna, spa, fitnes mərkəzi, kino otağı və kitabxana ilə yanaşı, yardımçıların qala biləcəyi ayrıca yaşayış sahəsi də mövcuddur.

Son günlərdə Bodrumda dəniz istirahətindən zövq alan Salah dost qrupu ilə birlikdə dənizin içində vaxt keçirib. 

Üzmək əvəzinə söhbət etməyi üstün tutan ulduz futbolçunun xoş əhvalı ətrafdakılar tərəfindən də maraqla qarşılanıb. 

Türkiyəni istirahət üçün seçən Məhəmməd Salahın sadə və səmimi davranışları ətrafdakı digər istirahətçilərin də diqqətini cəlb edib. Onun Bodrumu seçməsi bölgənin dünya miqyasında cazibəsini bir daha təsdiqləyib.


Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top