İlham Əliyev BƏƏ prezidenti ilə görüşəcək

XARİCİ SİYASƏT 09 iyul 2025, 14:47
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri gözlənilir. Səfərin əsas məqsədi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşün keçirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə də görüşü olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top