“Ermənistan Aİ-dən də, ABŞ-dən də istədiyini ala bilmədi. Rusiya isə Ermənistanı özünün aləti kimi saxlamağa çalışır. Paşinyanın yeganə ümidi budur – öz ölkəsinin müstəqilliyini qoruyub saxlamaq üçün üzünü Azərbaycan və Türkiyəyə çevirməli oldu”.
Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O bildirib ki, Nikol Paşinyan və İlham Əliyevin vasitəçi olmadan ikitərəfli görüşü Prezidentimizin gərgin əməyinin, sistemli xarakter daşıyan fəaliyyətinin məntiqi nəticəsidir:
“Buna qədər müxtəlif platformalarda görüşlər olub, bu görüşləri təşkil edən ayrı-ayrı dövlətlər, həmçinin Aİ özlərinin maraqlarını önə çəkirdilər. Bu görüşlər regionda sülhün əldə edilməsi üçün imkanları məhdudlaşdırırdı. Ona görə də ikitərəfli görüş son dərəcə vacibdir.
Bu yaxınlarda Paşinyan və Əliyevin ayaqüstü söhbəti də özünün əhəmiyyətli nəticələrini göstərməkdədir. Ola bilər ki, BƏƏ-də keçiriləcək bu görüş elə o zaman müzakirə edilərək razılaşdırılıb”.
Cavidan Mirzəzadə
Demokrat.az