YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

"Qalatasaray" və "Trabzonspor" eyni futbolçu uğrunda mübarizə aparır - 25 milyon avro

Qalatasaray və Trabzonspor eyni futbolçu uğrunda mübarizə aparır - 25 milyon avro

Türkiyənin "Qalatasaray" və "Trabzonspor" klubları Fransa çempionatında çıxış edən gənc yarımmüdafiəçi Yaya Fofananı transfer etmək istəyir.

Demokrat.az xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" qəzeti məlumat yayıb.

Hazırda Fransa Liqa 2-də mübarizə aparan "Reyms"in formasını geyinən 22 yaşlı futbolçu hər iki klubun diqqətini çəkib. Lakin Fildişi Sahilindən olan yarımmüdafiəçiyə maraq göstərənlər təkcə Türkiyə təmsilçiləri deyil. Almaniyanın "Ştutqart" klubu və adı açıqlanmayan başqa bir Bundesliqa komandası da onun xidmətində maraqlıdır.

Məlumata görə, "Reyms" rəhbərliyi Fofananın transferindən təxminən 25 milyon avro qazanmaq niyyətindədir. Bununla belə, Fransa klubu qış transfer pəncərəsində futbolçunu buraxmağa isti yanaşmır.

Mərkəz yarımmüdafiəçisi olan Fofana həm 6, həm də 8 nömrə mövqeyində oynaya bilir. Onun meydandakı dinamizmi və universal xüsusiyyətləri transfer bazarında marağı artıran amillərdəndir.

Qeyd edək ki, futbolçunun "Reyms"lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Bu amil də onun transferini çətinləşdirə bilər.