Azərbaycanda ana doğuş zamanı ÖLDÜ — TƏFƏRRÜAT (YENİLƏNİB)

HADİSƏ 08 iyul 2025, 21:59
İyulun 7-də saat 18:00-da 1992-ci il təvəllüdlü hamilə qadın İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub. Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri idarətetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, iyulun 8-də saat 13:50-də doğuşa alınan şəxsin boyu 52 sm, çəkisi 4 kq 200 qr, cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda körpənin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

"Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18 radələrində onun ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib", - məlumatda bildirilib.

***
20:21


Sabirabadda ana doğuş zamanı ölüb.

Demokrat.az xəbər verir ki, İmişli rayonunun Yalavac kənd sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Vaqif qızı Kərimova Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.

Yeni doğulan körpə isə sağ qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top