Paşinyanın BƏƏ-yə səfəri başlayıb

DÜNYA 09 iyul 2025, 18:17
Ermənistanın baş naziri Nikol Paşinyanın iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat N.Paşinyanın "Facebook" səhifəsində yerləşdirilib.

Bu gün Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü planlaşdırılır.

Məlumat üçün əlavə edək ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 22:32
Top