Azərbaycan xalqının söz, mətbuat azadlığı uğrunda tarixi mübarizəsinin real məzmun kəsb edərək gerçəkləşməsı dövrü XIX əsrə təsadüf edir.
Məlumdur ki, 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbu orqanı - "Əkinçi" qəzeti işıq üzü görüb. Bəli, bu il Azərbaycan mətbuatının 150 ili tamam olur. Xatırladaq ki, Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq, Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb.
Maraqlıdır, Azərbaycan mətbuatının 150 illiyi barədə Prezident sərəncamı necə icra olunur?
Aydın Mirzəzadə: “Bu sərəncamın yerinə yetirilməsi üçün müvafiq təşkilatlar böyük işlər görüb”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı sərəncamı Azərbaycan dövlətinin, ölkə rəhbərinin mətbuata, onun inkişafına verdiyi diqqətin göstəricisidir: “Bu sərəncamın yerinə yetirilməsi üçün müvafiq təşkilatlar böyük işlər görüb. Mətbuatın yubileyi ilə bağlı həm media orqanlarında, həm sosial şəbəkələrdə geniş informasiya yayılıb. Azərbaycan mətbuatının keçdiyi şərəfli yolla bağlı bir çox nümunələr gətirilir. Görkəmli jurnalistlərin fəaliyyəti də işıqlandırılır, həmçinin, mətbuata dövlət tərəfindən verilən diqqətin özünə də çoxsaylı nümunələr gətirilir. Onu da deyim ki, milli mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilib. Bununla yanaşı, dövlət başçısı yubiley münasibətilə hər bir mətbuat işçisini təbrik edir, onların fəaliyyətindən qürur duyduğumuzu dilə gətirir”.
Vasif Həsənli: “Cənab Prezidentin imzaladığı bu Sərəncama uyğun olaraq, yubiley tədbirləri uğurla davam etdirilir”
Demokrat.az xəbər saytının baş redaktoru Vasif Həsənli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 22 iyul - Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə əlaqədar Prezident Administrasiyası, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası tərəfindən birgə hazırlıq işləri həyata keçirilir: “Bu münasibətlə 150 illik yubileyə həsr olunan silsilə tədbirlər, beynəlxalq konfranslar, sərgilər, maraqlı diskussiyalar təşkil olunur. Şübhəsiz ki, cənab Prezidentin imzaladığı bu Sərəncama uyğun olaraq, yubiley tədbirləri uğurla davam etdirilir. Bu cür yubiley tədbirləri mediamızın tarixi, dəyərləri və çağdaş problemlərinə diqqət çəkir, media peşəkarlığının artırılmasına ciddi təkan verir. Cənab Prezidentin Azərbaycan mətbuatının 150 illik yubileyi ilə bağlı Sərəncamı bütövlükdə mediamızın inkişafında və jurnalistlərimizin fəaliyyətində mühim rola malikdir. Bu Sərəncam Azərbaycan Milli Mətbuatının inkişafına böyük stimul verir, eyni zamanda dövlətimizin medianın hüquqi statusuna və inkişafına nə qədər həssas və strateji yanaşdığını nümayiş etdirir. Bütün bunlar isə bütövlükdə peşəkar jurnalistikamızın əhəmiyyətli dərəcədə güclənməsinə gətirib çıxaracaq”.
Azər Həsrət: “Bu tip yubileylər geriyə dönüb baxmağa, çatışmazlıqları müzakirə etməyə və irəliyə getmək üçün planlar cızmağa hesablanıb”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezidentin müvafiq sərəncamı yüksək səviyyədə icra olunur. İstər dövlət, istərsə də qeyri-dövlət səviyyəsində Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı tədbirlər keçirilir: “Bu tədbirlər həm paytaxt Bakı ərazisində, həm də bölgələrdə keçirilir və keçiriləcək. Azərbaycan mətbuatının keçdiyi 150 illə bağlı yetərincə diqqət ayrılır. Hesab edirəm ki, Azərbaycan mətbuatının meydana gəlməsi, inkişafı, ümumiyyətlə formalaşması, 150 illik keçdiyi yola nəzər yetirilməsi üçün bu sərəncam əhəmiyyətlidir. Məlum sərəncamın icrası ilə bağlı məsuliyyəti olan qurumlar da boş dayanmır, lazımi işləri görür. Ümumiyyətlə, bu tip yubileylər geriyə dönüb baxmağa, çatışmazlıqları müzakirə etməyə və irəliyə getmək üçün planlar cızmağa hesablanıb. Bu baxımdan hesab edirəm ki, Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı tədbirlər yüksək səviyyədə keçirilir və keçiriləcək”.