Məmməd Alpayın həbs müddəti uzadıldı

SOSİAL 09 iyul 2025, 12:53
Binəqədi Rayon Məhkəməsində "İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpayın (Məmmədzadə) barəsində olan həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı vəsatətə baxılıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə vəsatət təmin edilib və onun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilib və barəsində həbs qətimkan tədbiri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top