Ermənistanda hərbi hissədə mərmi partladı — 8 hərbçi YARALANDI

DÜNYA 09 iyul 2025, 11:39
Ermənistanda hərbi hissədə mərmi partlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Hadisə ötən gün təlim zamanı baş verib. Armlur.am saytının verdiyi məlumata əsasən, ümumilikdə 8 nəfər xəsarət alıb. Onların arasında təlim iştirakçıları ilə yanaşı, təlimi keçirən polkovnik-leytenant da var.

Partlayışın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Yaralıların hərbi hospitalın nəzarəti altında olduğu deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top