Türkiyədə bələdiyyə sədri həbs edildi

DÜNYA 08 iyul 2025, 19:09
Türkiyənin Antalya vilayətinin Manavqat bələdiyyəsinin sədri Niyazi Nefi Kara həbs edilib.

Demokrat.az bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir.

Bildirilir ki, Kara iyulun 4-də Manavqat bələdiyyəsinə qarşı aparılan "rüşvət" təhqiqatı çərçivəsində 25 şübhəli ilə birlikdə saxlanılmışdı.

O, dörd gün saxlanıldıqdan sonra bu gün məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib.

Kara ilə yanaşı, onun müavini, paxlava qutusunda 110 min avro ilə tutulan Mehmet Engin Tüter də həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top