Tramp Çin və ABŞ arasında münasibətlərin yaxşılaşdığını bildirib

DÜNYA 08 iyul 2025, 23:49
ABŞ və Çin arasında münasibətlər son vaxtlar yaxşılaşıb və Pekin ticarət sahəsində Vaşinqtona qarşı ədalətli davranır.

Demokrat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə iclas zamanı deyib.

"Demək istəyirəm ki, bizim Çinlə son vaxtlar həqiqətən yaxşı münasibətimiz olub, onlarla çox yaxşı anlaşırıq. Onlar bizim ticarət müqaviləmizə münasibətdə çox ədalətli olublar. Ümid edirəm ki, bizim əla münasibətlərimiz olacaq", - deyə Amerika lideri vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top