PKK lideri Abdullah Öcalan 26 ildən sonra ilk dəfə yayımlanan videomüraciətində təşkilatı silahlı mübarizəyə son qoymağa çağırıb.
Milli.Az xəbər verir ki, 1999-cu ildən İmralı Həbsxanasında saxlanılan Öcalan videomesajında PKK-nın artıq milli-dövlət məqsədindən və müharibə strategiyasından əl çəkdiyini bildirib. O, "Sülh və Demokratik Cəmiyyət" proqramı çərçivəsində könüllü silahsızlanmanın və Türkiyə Böyük Millət Məclisinin prosesə rəhbərlik etməsinin vacibliyini vurğulayıb.
MHP lideri Dövlət Baxçalının təşəbbüsü ilə başlanan yeni sülh prosesi çərçivəsində yaxın günlərdə PKK-nın rəsmi silah qoyma mərasimi keçiriləcəyi gözlənilir.
Öcalan çıxışında həmçinin qeyd edib ki, silahların yerini siyasət və sosial sülh tutmalıdır.