"Rusiyalı olmaqdan utanıram" — Rusiyadan qaçan Depardye Ukrayna ordusuna YARDIM ETDİ

DÜNYA 03 fev 2023, 15:52
Depardye Rusiyadan qaçıb və Ukrayna Silahlı Qüvvələrinə kömək edib.

Konkret.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb. Qəzet yazır ki, 24 fevral 2022-ci il tarixindən sonra Rusiyaya köçən fransız aktyor Jerar Depardye Putini tənqid edib. Depardye Rusiyanın Ukraynaya hücumunu Putinin “çılğın və qəbuledilməz hədsizliyi” adlandırıb.

“Mən Rusiya vətəndaşı olduğuma görə utanıram. Orklarla və quldurlarla, faşistlərlə və cinayətkarlarla bizi bir saymaqları məni çox incidir.

Mordovadakı mənzilimin satışından əldə olunan gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün köçürdüm. Mən Fransa hakimiyyətinə dəstək üçün müraciət edirəm və onlardan mənə müharibə qaçqını statusu vermələrini xahiş edirəm”, – Depardye deyib.

Rusiyada artıq Depardyeni “xəyanətkar” adlandırıblar, O, guya uzun illər öz populyarlığından istifadə edib. Dövlət Dumasının deputatı Aleksey Juravlyov aktyorun Rusiyadakı evinin pulunu Ukrayna Silahlı Qüvvələrinə köçürməsindən qəzəblənib.

“Yaxşı ki, “xüsusi əməliyyat” canımızı qurtarmağa utandığımız Rusiyanın belə yalançı tərəfdarlarının sıralarını azaldıb”, – deyə deputat bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top