Həsən Həsənov: Udinlər yeganə varis deyil

MƏDƏNİYYƏT 21 sentyabr 2026, 14:35

“Udinlərin Albaniyanın yeganə varisi olduğunu demək böyük səhvdir. Onlar Albaniya irsinin varisi olan xalqlardan biridir”.


Demokrat.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, Albaniya irsinin varisliyi yalnız bir xalqla məhdudlaşdırıla bilməz:

“Udinlər Albaniyanın varisi olan xalqlardan biridir. Burada “yeganə” sözünün işlədilməsi düzgün deyil. Udinləri digər varis xalqlardan fərqləndirən məqamlardan biri onların xristianlığı qoruyub saxlamasıdır”.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top