Axtarış nəticələri

«Nuray Paşşanlı» sorğusu üzrə nəticələr

Sabit və dəyişən faizli kredit: Hansı sərfəlidir?
Özəl

Sabit və dəyişən faizli kredit: Hansı sərfəlidir?

Banklar tərəfindən təqdim olunan kreditlərdə faiz dərəcələri fərqli ola bilər. Bəzi kreditlərdə faiz bütün müddət ərzində sabit qalır, digərlərində isə bazardakı iqtisadi vəziyyətdən asılı olaraq dəyişir. Bu isə həm banklar, həm də kredit götürən vətəndaşlar üçün müəyyən risklər yaradır. Bəs sabit və dəyişən faizli kreditlər arasında seçim edərkən nələrə diqqət edilməlidir? Hansı faiz modeli bank və borcalan üçün daha sərfəlidir? Bank məsələləri üzrə mütəxəssis Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, kreditlərdə sabit və dəyişən faiz anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Onun sözlərinə görə, sabit faizli kredit zamanı şəxs banka müraciət edir və kredit müqaviləsi imzalayır: "Müqavilədə əvvəlcədən müəyyən edilmiş faiz dərəcəsi və digər şərtlər göstərilir. Həmin faiz dərəcəsi kredit müddəti ərzində dəyişmir və borcalan aylıq ödənişlərinin nə qədər olacağını əvvəlcədən bilir. Ödəniş cədvəli də həmin faiz dərəcəsinə uyğun hazırlanır. Kredit müddəti ərzində müqavilədə göstərilən faiz dərəcəsi dəyişmir. Düzdür, faktiki illik faiz dərəcəsi müqavilədə qeyd olunan nominal faizdən fərqlənə bilər. Amma bu fərqin sabit və ya dəyişən faizlə birbaşa əlaqəsi yoxdur. Çünki kreditin əsas borcu azaldıqca həmin borca hesablanan faiz məbləği də azalır. Burada faiz dərəcəsi sabit qalır, sadəcə hesablanan faiz məbləği dəyişir. Məsələn, müqavilədə illik 30 faiz göstərilibsə, bu faiz dərəcəsi kredit müddətində dəyişməz qalır. Lakin əsas borc hər ay ödənildikcə qalıq məbləğ azalır və nəticədə həmin məbləğə hesablanan faiz də aşağı düşür. Buna görə də ümumi ödəniş cədvəlini təhlil edərkən faiz məbləğlərinin tədricən azaldığını görürük. Faktiki illik faiz dərəcəsi isə başqa anlayışdır. Burada kredit üzrə ödənilən faizlərlə yanaşı, kreditin rəsmiləşdirilməsi zamanı tutulan komissiyalar və digər xərclər də nəzərə alınır. Məsələn, müqavilədə 30 faiz göstərilə bilər, lakin ödəniş qrafiki və digər xərclər əsasında hesablanan faktiki illik faiz dərəcəsi fərqli ola bilər. Yəni sabit və dəyişən faiz anlayışlarını faktiki illik faiz dərəcəsi ilə qarışdırmaq olmaz. Bunlar fərqli məsələlərdir. Sabit və dəyişən faiz arasındakı əsas fərq kredit müddətində tətbiq olunan faiz dərəcəsinin dəyişib-dəyişməməsidir". Nuray Paşşanlı

20 noyabr 2026 22:00
Evlər alınır, amma boş qalır: Mənzil bazarında süni qıtlıq?
Özəl

Evlər alınır, amma boş qalır: Mənzil bazarında süni qıtlıq?

Son illər daşınmaz əmlak bazarında mənzillərin yalnız yaşayış üçün deyil, investisiya məqsədilə alınması da geniş yayılıb. Bəzi şəxslər qiymət artımından gəlir əldə etmək məqsədilə mənzil alsalar da, həmin əmlakları uzun müddət boş saxlayırlar. Bu isə mövcud mənzil fondunun nə dərəcədə səmərəli istifadə olunması və bazarda mənzil əlçatanlığı ilə bağlı suallar yaradır. Bəs mənzillərin investisiya məqsədilə alınıb boş saxlanılması daşınmaz əmlak bazarında süni qıtlıq yarada və qiymətlərin artmasına təsir göstərə bilərmi? Bu tendensiyanın ölkə iqtisadiyyatına hansı mənfi təsirləri var? Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən novator memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan bildirib ki, investisiya məqsədilə mənzil almağın özü iqtisadi baxımdan problem deyil. Onun sözlərinə görə, daşınmaz əmlak insanların yığım və investisiya vasitələrindən biridir: "Problem o zaman yaranır ki, xüsusilə yüksək tələbat olan şəhərlərdə çoxlu sayda mənzil illərlə boş saxlanılır və nə satış, nə də kirayə bazarına çıxarılır. Belə halda bina fiziki olaraq mövcuddur, amma vətəndaş üçün real mənzil təklifinin bir hissəsi deyil. Əgər bu proses geniş miqyas alarsa, kirayə və satış bazarında təklifin daralmasına, qiymətlərin yüksəlməsinə və mənzil əlçatanlığının azalmasına təsir göstərə bilər. Bunun şəhərsalma tərəfi də var. Dövlət və şəhər həmin yaşayış kompleksləri üçün yol, su, kanalizasiya, elektrik və digər infrastruktura vəsait sərf edir. Mənzillərin böyük hissəsi istifadəsiz qalırsa, yaradılmış şəhər infrastrukturu da tam səmərə ilə istifadə olunmur. Amma Azərbaycanda bunun "süni mənzil qıtlığı yaratdığını" dəqiq söyləmək üçün neçə mənzilin uzunmüddətli boş saxlanılması barədə etibarlı statistika olmalıdır. Belə məlumat olmadan bütün qiymət artımını boş mənzillərlə əlaqələndirmək doğru deyil. "VR Standartları 2026"nın insan mərkəzli yanaşması baxımından da mənzil yalnız investisiya aktivi deyil, ilk növbədə insanların yaşaması üçün yaradılan məkan və şəhər sisteminin bir hissəsidir. Mənzil investisiya ola bilər, amma minlərlə mənzilin şəhərin ən tələb olunan ərazilərində illərlə boş qalması normal mənzil bazarının səmərəliliyini azalda bilər. Tikilmiş mənzil istifadə olunmursa, kağız üzərində təklifdir, real bazarda isə deyil". Nuray Paşşanlı

20 noyabr 2026 17:45
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Maliyyə

Azərikard finteklər üçün yeni imkanlar təqdim edib

Azərbaycanın aparıcı prosessinq şirkətlərindən olan Azərikard fintek şirkətləri və merçantlar üçün ödəniş infrastrukturuna inteqrasiyanı sadələşdirən Developer Portalını istifadəyə verib. developer.azericard.com ünvanında fəaliyyət göstərən platforma tərəfdaşlara Azərikardın ödəniş xidmətləri ilə inteqrasiyaya müstəqil şəkildə başlamaq, texniki sənədlərlə tanış olmaq və öz həllərini test mühitində yoxlamaq imkanı yaradır. Developer Portalın əsas üstünlüklərindən biri self-service, yəni özünəxidmət prinsipi əsasında inteqrasiya imkanlarının təqdim edilməsidir. Fintek şirkətləri və merçantlar portal vasitəsilə API sənədlərinə, inteqrasiya təlimatlarına, test məlumatlarına və müvafiq autentifikasiya mexanizmlərinə çıxış əldə edərək texniki hazırlıq və sınaq proseslərini müstəqil həyata keçirə bilirlər. Platforma elektron kommersiya, Server-to-Server (S2S) inteqrasiyası, təkrarlanan ödənişlər (recurring payments), Apple Pay və Google Pay kimi müxtəlif ödəniş imkanları üzrə texniki sənədləri və inteqrasiya resurslarını bir araya gətirir. Sandbox mühiti tərəfdaşlara real maliyyə əməliyyatlarına başlamazdan əvvəl öz həllərini sınaqdan keçirməyə, test tranzaksiyaları həyata keçirməyə və texniki uyğunluğu yoxlamağa şərait yaradır. Beləliklə, fintek şirkətləri yeni məhsullarının hazırlanmasına daha çox vaxt ayıra, standart inteqrasiya proseslərində əlavə texniki asılılıqları azalda və bazara çıxış üçün hazırlıq mərhələsini sürətləndirə bilirlər. Azərikardın baş direktoru Fərid Quliyev bildirib: "Biz finteklərin inkişafını dəstəkləyən infrastruktur tərəfdaşı olmaq istəyirik. Bunun üçün ödəniş xidmətlərimizə çıxışı davamlı sadələşdirəcək, yeni imkanlar yaradacaq, tərəfdaşlarımızın texniki asılılıqlarını minimuma endirməyə çalışacağıq". Developer Portalın fəaliyyəti Azərikardın fintek ekosistemi ilə əməkdaşlığını genişləndirmək və ödəniş infrastrukturu üzərində yeni texnoloji həllərin yaradılmasını təşviq etmək strategiyasının mühüm istiqamətlərindəndir. Şirkət növbəti mərhələlərdə də API imkanlarının genişləndirilməsini, inteqrasiya proseslərinin sadələşdirilməsini və tərəfdaşların daha müstəqil fəaliyyət göstərə bilməsi üçün yeni self-service funksionallıqlarının inkişafını davam etdirməyi hədəfləyir. Nuray Paşşanlı

20 noyabr 2026 17:01
İnternetdən tapılan müalicə xəstəliyi ağırlaşdıra bilər — Professor
Sağlamlıq

İnternetdən tapılan müalicə xəstəliyi ağırlaşdıra bilər — Professor

Son illər internetdə sağlamlıqla bağlı məlumatların əlçatan olması insanların öz simptomlarını araşdıraraq müxtəlif xəstəliklərə diaqnoz qoymasına səbəb olur. Bir çoxları həkimə müraciət etməzdən əvvəl şikayətlərini axtarış sistemlərində yoxlayır, sosial şəbəkələrdəki məlumatlara əsaslanaraq müalicə üsulları seçirlər. Lakin bu yanaşma bəzən yanlış nəticələrə, əsassız narahatlığa və hətta sağlamlıq üçün ciddi fəsadlara yol aça bilər. Bəs insanların internetdə özlərinə diaqnoz qoyması nə dərəcədə təhlükəlidir və bu vərdiş hansı risklər yaradır? Demokrat.az-a bu barədə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, xəstəyə düzgün diaqnozun qoyulması müalicə prosesinin ən məsuliyyətli mərhələsidir. Onun sözlərinə görə, diaqnozun dəqiq qoyulması müalicənin effektivliyinə və bir sıra xəstəliklərin erkən mərhələdə aşkarlanmasına birbaşa təsir göstərir: "Bu baxımdan süni intellekt proqramları və digər rəqəmsal platformalar vasitəsilə özünə diaqnoz qoymaq, həkim məsləhəti olmadan müalicəyə başlamaq düzgün deyil. Hər bir xəstəliyin müalicəsi fərdi yanaşma və düzgün tibbi qiymətləndirmə tələb edir. Məsələn, revmatoid artritin müalicəsində istifadə olunan preparatlar kifayət qədər ciddi təsirə malikdir. Ümumiyyətlə, bir çox xəstəliyin müalicəsində tətbiq edilən dərmanların orqanizmə təsirləri və yan təsirləri var. Ona görə də bu preparatları həkim nəzarəti olmadan qəbul etmək əlavə fəsadlara səbəb ola bilər. Təəssüf ki, bu gün bir çox insan internetdə və müxtəlif proqramlarda əldə etdiyi məlumatlara əsaslanaraq özünü müalicə etməyə çalışır. İnsanlar unutmamalıdırlar ki, internetdəki məlumatlar həkim müayinəsini və tibbi diaqnozu əvəz edə bilməz. Hər hansı sağlamlıq problemi olduqda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Əks halda, yanlış müalicə xəstəliyin ağırlaşmasına və düzgün müalicənin gecikməsinə gətirib çıxara bilər". Nuray Paşşanlı

20 noyabr 2026 17:00
Ağdamda ilk dəfə Şəhər Günü qeyd olunur - FOTOLAR
Mədəniyyət

Ağdamda ilk dəfə Şəhər Günü qeyd olunur - FOTOLAR

Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsi olaraq 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Demokart.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün – noyabrın 20-si Ağdam Şəhəri Günü elan olunub. Noyabrın 20-də Ağdam şəhərində ilk dəfə Şəhər Günü münasibətilə silsilə tədbirlər keçirilir. Yenidən qurulan və sakinlərinin mərhələli şəkildə qayıdışının təmin olunduğu Ağdam şəhərində əsl bayram ab-havası yaşanır. Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində "İmarət" Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının şousu təqdim edilib. Tədbirdə hərbi orkestrin ifasında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından musiqi nömrələri səsləndirilib, rəqs ansamblının çıxışları nümayiş olunub. Həmçinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi nümunəvi çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Nuray Paşşanlı

20 noyabr 2026 16:56
Elçin Babayevin xanımından Nərman Qocatürkün ölümü ilə bağlı deyilənlərə reaksiya
Cəmiyyət

Elçin Babayevin xanımından Nərman Qocatürkün ölümü ilə bağlı deyilənlərə reaksiya

"Cənab Prezidentin hər sərəncamına hörmət və ehtiramla yanaşırıq. Yeni təyinat uğurlu olsun. Ümidvaram ki, hər şey yaxşı olacaq". Demokrat.az xəbər verir ki, xəbər verir ki, bu sözləri "teleqraf"a açıqlamasında Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Elçin Babayevin həyat yoldaşı Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib. "Elçin müəllim hər zaman öz missiyasını vicdanla, zəhmətlə və sevərək yerinə yetirib", - deyə o, qeyd edib. Yazgül Abdıyeva həyat yoldaşının vəzifəsindən çıxarılması ilə Bakı Dövlət Universitetinin dosenti, baş müəllim Nərman Süleymanovun (Qocatürk) ölümü arasında hər hansı əlaqənin olmadığını bildirib: "Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur". Qeyd edək ki, jurnalist Şərəf Cəlilli Kult.az-a açıqlamasında həyat yoldaşı Nərman Süleymanovun rektorun qurbanı olduğunu söyləyib. Nuray Paşşanlı

20 noyabr 2026 16:52
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
İdman

Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb

Millətlər Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Demokrat.az apa-ya istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə 8 komandanın rəqibləri müəyyənləşib. Püşkün nəticəsinə əsasən, Niderland Portuqaliya, Belçika Almaniya, İspaniya Fransa, Norveç isə İngiltərə ilə qarşılaşacaq. Qarşılaşmalar 2027-ci ilin martında iki oyundan ibarət olacaq. Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya olub. Nuray Paşşanlı

20 noyabr 2026 16:44
Valideyn aliment ödəyə bilmirsə, pul nənə-babadan tələb oluna bilər?
Cəmiyyət

Valideyn aliment ödəyə bilmirsə, pul nənə-babadan tələb oluna bilər?

Azərbaycanda valideynlərin övladlarının saxlanılması üçün aliment ödəməsi qanunla müəyyən edilmiş öhdəlikdir. Lakin bəzi hallarda şəxsin sağlamlıq vəziyyəti, əmək qabiliyyətini itirməsi və maddi durumu aliment öhdəliyi ilə bağlı suallar yaradır. Bəs hansı hallarda şəxs aliment ödəmək öhdəliyindən azad edilə bilər? Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə bildirib ki, qanunvericiliyə əsasən, valideynlər yetkinlik yaşına çatmayan övladlarını maddi cəhətdən təmin etməyə borcludurlar. Onun sözlərinə görə, nikahın pozulması prosesində və ya nikah pozulmadan əvvəl də uşağı saxlayan valideyn digər valideyndən aliment tələb etmək üçün məhkəməyə müraciət edə bilər: "Məhkəmə işə baxdıqdan sonra uşağın kimin yanında qalmasını müəyyənləşdirir və digər valideynin aliment ödəməsi ilə bağlı qərar qəbul edir. Bəzi hallarda məhkəmə qərarı qanuni qüvvəyə minsə də, aliment ödəməli olan valideyn bu öhdəliyi yerinə yetirməkdən yayınır. Belə vəziyyətlərdə məhkəmə qərarlarının icrasına nəzarət edən qurumun icra məmurlarının həmin şəxs barəsində inzibati protokol tərtib etmək hüququ var. Çünki məhkəmə qərarının icrasından yayınmaq ilkin olaraq inzibati məsuliyyət yaradır. Qanunvericiliyin tələblərinə görə, şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməlidir. Əgər o, bu qərarın icrasından qəsdən yayınırsa, barəsində müvafiq tədbirlər görülür. Burada əsas məqam alimentin ödənilməməsinin qəsdən baş verməsidir. Məsələn, şəxsin işi, rəsmi və ya qeyri-rəsmi gəliri, maddi imkanı, adına daşınar və ya daşınmaz əmlakı olduğu halda məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti ödəməkdən yayınması buna nümunədir. Belə hal sübuta yetirilərsə, həmin şəxs barəsində inzibati tədbirlər görülür. Şəxs iki dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra isə barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyəti məsələsi yarana bilər. Digər tərəfdən, elə hallar da olur ki, şəxsin aliment ödəmək üçün həqiqətən maddi imkanı olmur. Məsələn, onun işi, əmlakı və hər hansı gəlir mənbəyi yoxdur. Bəzən isə əldə etdiyi gəlir ödəməli olduğu aliment məbləğindən aşağı olur. Tutaq ki, şəxs 500 manat aliment ödəməlidir, lakin aylıq gəliri cəmi 300-400 manatdır. Belə vəziyyətdə alimentin ödənilməməsi qəsdən yayınma kimi qiymətləndirilməyə bilər. Çünki şəxsin maddi imkanı buna yol vermir. Lakin bu, aliment borcunun hesablanmasının dayandırılması demək deyil. Aliment borcu yaranmaqda davam edir. Şəxs gələcəkdə işə düzələrsə və ya başqa gəlir mənbəyi əldə edərsə, yığılmış borcun həmin gəlirlər hesabına ödənilməsi təmin edilə bilər. Azərbaycan qanunvericiliyində uşaqların mənafeyi əsas götürülür. Bu baxımdan məhkəmələrin və icra məmurlarının aliment öhdəliyinin yerinə yetirilməsini tələb etməsini düzgün hesab edirəm. Çünki şəxsin işləməməsi o demək deyil ki, o, illərlə iş axtarmamalı, gəlir əldə etməməli və aliment ödəməkdən yayınmalıdır. Uzun müddət işləməmək və iş axtarmaq üçün heç bir səy göstərməmək də aliment öhdəliyindən qəsdən yayınma kimi qiymətləndirilməlidir. Bununla yanaşı, bəzi şəxslərin həqiqətən işləmək və gəlir əldə etmək imkanları olmaya bilər. Məsələn, şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilibsə, onun üçün qəyyum təyin olunur. Bu halda aliment öhdəliyinin icrası məsələsi də müvafiq hüquqi qaydada həll edilir. Əlilliyi olan şəxslərin hamısı avtomatik olaraq fəaliyyət qabiliyyətsiz hesab edilmir. Onların bir qismi əlilliyə görə aldığı müavinətlə yanaşı, əmək fəaliyyəti ilə də məşğul ola və gəlir əldə edə bilər. Həmçinin Azərbaycan qanunvericiliyi müəyyən hallarda alimenti ödəmək imkanına malik olmayan valideynin əvəzinə uşaqların nənə və babasından aliment tələb edilməsinə də imkan verir. Belə ki, aliment almaq hüququ olan şəxs qanunda nəzərdə tutulan şərtlər mövcud olduqda aliment ödəməli valideynin valideynlərinə uşaqların baba və nənəsinə qarşı da məhkəmədə iddia qaldıra bilər. Qanunvericiliyin əsas məqsədi bütün hallarda uşaqların mənafeyini qorumaq və onların saxlanılması üçün zəruri vəsaitin təmin edilməsinə nail olmaqdır". Nuray Paşşanlı

20 noyabr 2026 16:30
Polat Alemdar nazirin qızının toyunda – FOTOLAR
Şou-biznes

Polat Alemdar nazirin qızının toyunda – FOTOLAR

Necati Şaşmaz Türkiyənin milli təhsil naziri Yusuf Tekinin qızının toyunda iştirak edib. Demokrat.az xəbər verir ki, ​"Kurtlar Vadisi" serialındakı Polad Alemdar obrazı ilə tanınan aktyor Necati Şaşmaz sosial şəbəkə hesabında paylaşım edərək Türkiyənin milli təhsil naziri Yusuf Tekinin qızı Nihan Elif ilə Mehmet Kılıçın toy mərasimində iştirak etdiyini bildirib. ​Aktyor paylaşımında gənc cütlüyün sevincinə şərik olduqlarını qeyd edərək onlara xoşbəxtlik arzularını çatdırıb: ​"Milli Təhsil Nazirimiz hörmətli Yusuf Tekinin qızı Nihan Elif ilə Mehmet Kılıçın toy mərasiminə qatılaraq xoşbəxtliklərinə ortaq olduq. Cütlüyümüzü bir daha təbrik edir, ömür boyu xoşbəxtliklər arzulayıram." Nuray Paşşanlı

20 noyabr 2026 16:21
İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair - VİDEO
Xarici siyasət

İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasında rəsmi səfərdədirlər. Demokrat.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, səfərlə bağlı İlham Əliyevin sosial şəbəkə hesabında videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik: Nuray Paşşanlı

20 noyabr 2026 16:13
Gələn il də bitməyəcək, daha da genişlənəcək — Qorxunc ssenari
Özəl

Gələn il də bitməyəcək, daha da genişlənəcək — Qorxunc ssenari

"Hazırda dünyanın əsas diqqəti Yaxın Şərqdəki hərbi siyasi böhrana və Ukrayna savaşına yönəlib. 2027-ci ildə Yaxın Şərq savaşının sona çatacağı o qədər də inandırıcı görünmür. Bu həm də Ukrayna savaşına da aiddir. Çünki Ukrayna savaşının dayandırılması üzrə sülh prosesi də formal xarakter daşıyır və bu Ukrayna savaşı ətrafında yaranmış hərbi strateji situasiya kifayət qədər qəliz, qəliz bir prosesin başlanğıcını qoyub. Və bu da o deməkdir ki, Ukrayna savaşının dayandırılma ehtimalı da o qədər də yüksək deyil". Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. O bildirib ki, yeni münaqişələr də yarana və mövcud iki böyük münaqişə ocağının davamı kimi ortaya çıxa bilər: "Yəni həm Yaxın Şərqdə, həm də Ukrayna savaşı ətrafında yeni münaqişələrin yaranma ehtimalı mövcuddur. Şərqi Avropa ölkələrinin, xüsusilə də Baltikyanı dövlətlərin hansısa formada, xüsusilə də Rusiyanın təhrikləri ilə Ukrayna savaşının iştirakçıları sırasına daxil olma ehtimalı mövcuddur. Eyni zamanda bəzi ərəb ölkələrinin də Yaxın Şərq savaşına bulaşma təhlükəsi istisna deyil. Ümumi götürdükdə Avropa ölkələri üçün də olduqca ciddi təhlükələrin mövcud olduğu qətiyyən şübhə doğurmur. Hazırda Avropa ölkələrinin böyük əksəriyyətində ölkədaxili böhran, sosial-iqtisadi böhran dərinləşir və bu sosial-iqtisadi böhranın irəlilədikcə siyasi böhrana çevrilmə ehtimalı qətiyyən istisna deyil. Hətta bu prosesin bir çox Avropa ölkəsində hakimiyyət dəyişikliklərinə yol aça biləcəyi də ehtimal olunur. Və bu isə Avropa məkanı üçün olduqca təhlükəli bir prosesdir. Çünki hazırda hakimiyyətdə olan qüvvələrin, daha mötədil qüvvələrin Avropa ölkələrində radikal, irqçi, ultramillətçi qüvvələrlə əvəz olunma təhlükəsi mövcuddur. Və bu proseslər inkişaf edərsə yaxın gələcəkdə hətta Avropa ölkələrinin arasında belə birbaşa silahlı toqquşmalar baş verə bilər. Təbii ki, bu konkret olaraq 2027-ci ildə baş verəcəyi proqnozlaşdırıla biləcək bir proses deyil. Bu daha irəli perspektiv üçün istisna olunmayan variantdır. Daha irəli illərdə Avropa ölkələrinin arasında da hərbi siyasi münaqişələrin baş vermə ehtimalı qətiyyən istisna olunmur". Nuray Paşşanlı

20 noyabr 2026 13:00
Onların maaşından pul tutulacaq — Açıqlama
Cəmiyyət

Onların maaşından pul tutulacaq — Açıqlama

İşçilər müxtəlif şəxsi, ailəvi və sağlamlıqla bağlı səbəblərdən iş saatlarında iş yerini tərk etmək və ya işdən icazə almaq məcburiyyətində qala bilərlər. Bəzi hallarda bu zərurət ay ərzində bir neçə dəfə təkrarlanır. Lakin işçilərin nə qədər tez-tez icazə ala biləcəyi və işəgötürənin bu müraciətləri qəbul edib-etməməsi əmək münasibətlərində suallar yaradır. Bəs qanunvericiliyə görə işçi ay ərzində neçə dəfə işdən icazə ala bilər? İşəgötürən icazə verməkdən imtina edə bilərmi və icazə alınan saatların əməkhaqqından və ya illik məzuniyyətdən çıxılması qanunidirmi? Demokrat.az-a bu barədə danışan hüquqşünas Elnur Məmmədov deyib ki, əmək münasibətlərində işçilərin şəxsi, ailə və digər zəruri səbəblərlə iş vaxtı ərzində iş yerini tərk etməsinə ehtiyac yarana bilər. Onun sözlərinə görə, Azərbaycan Respublikasının əmək qanunvericiliyində bu məqsədlə işçinin ay ərzində neçə dəfə icazə ala biləcəyinə dair konkret say məhdudiyyəti müəyyən edilməyib: "Yəni işçi zərurət yarandıqda ay ərzində bir neçə dəfə işəgötürənə müraciət edə bilər. Lakin bu, onun iş yerini istədiyi vaxt özbaşına tərk etmək hüququna malik olması demək deyil. Belə hallarda işçi əvvəlcədən işəgötürənə məlumat verməli və icazə almalıdır. İşəgötürən isə müraciəti işin xüsusiyyətlərini, istehsalat zərurətini və müəssisənin iş rejimini nəzərə alaraq qiymətləndirə bilər. Qanunvericilikdə xüsusi təminat nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin şəxsi səbəblərlə icazə vermək kimi ümumi öhdəliyi yoxdur. Buna görə də o, əsaslandırılmış səbəblərlə müraciəti təmin etməkdən imtina edə bilər. İcazə verilən saatların əməkhaqqına təsiri də ayrıca hüquqi məsələdir. Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən, işəgötürən hər bir işçinin faktiki işlədiyi vaxtın dəqiq uçotunu aparmalıdır. Bu səbəbdən işçinin işləmədiyi saatlar nəzərə alınmaqla əməkhaqqının hesablanması əməkhaqqı sistemindən və tərəflərin razılaşmasından asılıdır. Bununla belə, əməkhaqqından hər hansı məbləğin tutulması Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İşəgötürən özbaşına və qanuni əsas olmadan tutulma apara bilməz. Digər mühüm məqam isə icazə saatlarının illik əmək məzuniyyətindən çıxılmasıdır. İşçinin bir neçə saatlıq icazəsinin avtomatik olaraq illik məzuniyyət günlərindən silinməsi düzgün yanaşma deyil. Əmək məzuniyyəti Əmək Məcəlləsinin 113-cü maddəsinə uyğun olaraq ayrıca hüquqdur və qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. İşçi ilə razılaşma əsasında ödənişsiz məzuniyyət verilməsi mümkündür. Bu məsələ Əmək Məcəlləsinin 129-cu maddəsi ilə tənzimlənir". Nuray Paşşanlı

20 noyabr 2026 12:30