Adanada 5 bal gücündə zəlzələ: Ardınca 13 afterşok qeydə alındı

DÜNYA 21 sentyabr 2026, 13:34
Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 5,0 maqnitudalı zəlzələ baş verib. Zəlzələ bir sıra qonşu vilayətlərdə də hiss olunub.

Demokrat.az
xəbər verir ki, AFAD-ın məlumatına görə, yeraltı təkan saat 04:02-də qeydə alınıb. Zəlzələnin episentri Saimbeyli olub və ocaq 7 kilometr dərinlikdə yerləşib.

Təkan Adana ilə yanaşı Kahramanmaraş, Osmaniyə, Kayseri və Qaziantep vilayətlərində də hiss edilib.

AFAD-ın məlumatına əsasən, əsas təkanın ardınca bölgədə 13 afterşok qeydə alınıb. Bundan əlavə, Malatya, Qaziantep və Kahramanmaraşda da müxtəlif gücdə yeraltı təkanlar baş verib.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi zəlzələdən sonra aidiyyəti qurumların ərazidə fəaliyyətlərini davam etdirdiyini bildirib.

Hazırda zəlzələnin mümkün fəsadlarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. ilkin məlumatlara əsasən, təkanların yaratdığı vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top