İranda mühafizəkar "Kayhan" qəzeti müharibə şəraitinin məcburi hicab tətbiqindən geri addım atmaq üçün əsas olmamalı olduğunu müdafiə edib.
Demokrat.az xəbər verir ki, iranlı rəsmi Qulaməli Haddad-Adel isə hakimiyyətin müharibə səbəbindən hicab qaydalarını istədiyi səviyyədə tətbiq edə bilmədiyini bildirib. Ölkədə hicab taxmadan ictimai yerlərə çıxan qadınların sayının artdığı bildirilir.
İranda məcburi hicab tətbiqinin gələcəyi ilə bağlı hakimiyyət daxilindəki fikir ayrılıqları yenidən gündəmə gəlib. Ölkənin mühafizəkar nəşrlərindən olan "Kayhan" müharibə şəraitinin məcburi hicab qaydalarının tətbiqinə fasilə verilməsi anlamına gəlməməli olduğunu bildirib.
Qəzetin mövqeyi İranda getdikcə daha çox qadının ictimai yerlərdə hicabsız görünməsi və rəsmilərin tətbiqin necə davam etdiriləcəyini müzakirə etdiyi bir vaxtda açıqlanıb. "Associated Press"in məlumatına görə, hakimiyyət müharibə, iqtisadi problemlər və yeni sosial etirazların başlaya biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən daha genişmiqyaslı müdaxiləyə ehtiyatla yanaşır.
Müharibə siyasətlərin dayandırılması anlamına gəlməməlidir
İran rəhbərliyinə yaxınlığı ilə tanınan "Kayhan" dərc etdiyi şərhdə müharibə dövründə də cəmiyyətin kimliyinin qorunmasına yönəlmiş siyasətlərin davam etdirilməli olduğunu müdafiə edib.
Qəzet hicabla bağlı Quran ayəsinin də müharibə dövründə nazil olduğunu iddia edərək, müharibə şəraitinin məcburi hicab tətbiqindən geri addım atılması üçün əsas ola bilməyəcəyini bildirib.
"Kayhan" məcburi hicab qaydasına qarşı artan etirazların qarşısının alınmasını istəyib və bir sərhədin pozulmasına icazə verilməsinin zamanla digər pozuntuların da normallaşmasına gətirib çıxara biləcəyini müdafiə edib.
"Kayhan" İranın dini liderinin nümayəndəsinin nəzarəti altında nəşr olunur. Qəzet daha əvvəl də hicab qaydalarının kifayət qədər tətbiq edilmədiyini əsas gətirərək hökuməti tənqid edib.
İranlı rəsmi: Müharibə şəraitinə görə istədiyimiz kimi müdaxilə edə bilmirik
Müzakirənin digər tərəfində isə İranın Məsləhət Şurasının üzvü Qulaməli Haddad-Adelin açıqlaması dayanır.
Haddad-Adel sentyabrın 9-da verdiyi açıqlamada İran hakimiyyətinin məcburi hicabla bağlı daha genişmiqyaslı addımlar atmaq istədiyini, lakin mövcud müharibə şəraitinin buna mane olduğunu bildirib.
Haddad-Adel "Müharibə şəraitinə görə hələlik bu cəbhəyə lazımi şəkildə müdaxilə edə bilmirik" deyib.
İranlı qadınların hicaba etirazı davam edir
İranda məcburi hicab tətbiqi Məhsa Əmininin 2022-ci ilin sentyabrında əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirməsi ilə başlayan etirazlardan bəri ölkənin ən mübahisəli sosial məsələlərindən birinə çevrilib.
Son illərdə xüsusilə böyük şəhərlərdə daha çox qadın hicabsız şəkildə ictimai yerlərə çıxmağa başlayıb. İranda qaydalar qüvvədə qalmaqda davam etsə də, onların tətbiq forması və intensivliyi müxtəlif dövrlərdə dəyişir.
Son həftələrdə Tehran və bəzi şəhərlərdə hicab yoxlamalarının yenidən artırıldığına dair xəbərlər də yayılıb.
Jalə
Demokrat.az