Kadir İnanırın milyardlıq mirası: qızıl alışqan, qeyri-adi fiqurlar və xüsusi qələmlər...

REGİON 20 sentyabr 2026, 23:37
Türkiyə kinosunun əfsanəvi siması Kadir İnanırın mirası ilə bağlı şok təfərrüatlar bəlli olub. Sənətkarın var-dövlətinin ümumi dəyərinin təxminən 935 milyon türk lirəsi (TL) olduğu bildirilir.

Demokrat.az xəbər verir ki, aktyorun mirasına daxil olan aktivlər aşağıdakı kimi qruplaşdırılıb:

Daşınmaz əmlak: İstanbul, Ordu və yaylıq bölgələrdə yerləşən mülklərin ümumi dəyəri təxminən 650 milyon TL təşkil edir.

Nağd vəsait: Bank hesablarında 200 milyon TL-dən çox nağd pul mövcuddur.

Şəxsi kolleksiyalar: 25-dən çox lüks saat, qızıl alışqan, üzüklər və xüsusi qələmlərdən ibarət kolleksiyaya 50 milyon TL, 3 mindən çox qurbağa fiqurunun yer aldığı qeyri-adi kolleksiyaya isə 35 milyon TL qiymət qoyulub.

Bütün var-dövlətini həyat yoldaşına qoydu, qohumlar ayağa qalxdı

İddialara görə, Kadir İnanır vəsiyyətnaməsində bütün sərvətini 27 illik həyat yoldaşı Jülide Kurala bağışlayıb. Bu qərar ümumilikdə 28 nəfərin adının keçdiyi miras prosesində böyük gərginliyə yol açıb. Vəsiyyətdən pay ala bilməyən bəzi qohumlar dərhal hüquqi müstəvidə hərəkətə keçiblər.

"Əqli vəziyyəti yerində deyildi" iddiası

Məhkəməyə müraciət edən narazı qohumlar iddia ediblər ki, sənətkar vəsiyyətnaməni hazırladığı zaman onun əqli vəziyyəti yerində olmayıb. Bu ağır ittiham məhkəmə zalında tərəflər arasında gərginliyi pik həddə çatdırıb.

Vəsiyyətnamənin açılacağı tarix açıqlandı

Məsələ ilə bağlı aktyorun vəkili Beykoz Məhkəməsində rəsmi bəyanatla çıxış edib. O bildirib ki, mübahisələrə son qoyacaq rəsmi vəsiyyətnamə dekabrın 17-də ictimaiyyətə açıqlanacaq. Məhkəmənin gedişatı və yekun qərarı media tərəfindən diqqətlə izlənilir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top