Evdə hazırlanan və ağızda dağılan fərqli peçenye resepti axtaranlar üçün maraqlı seçim var.
Demokrat.az xəbər verir ki, merengli rus peçenyesi nazik xəmirin üzərinə mereng çəkilərək rulet formasında bükülməsi ilə hazırlanır.
Ərzaqlar:
Xəmir üçün:
200 qram kərə yağı
2 yumurta sarısı
200 ml qaymaq
Yarım çay qaşığı qabartma tozu
3 stəkan un
Mereng üçün:
2 yumurta ağı
1 çay stəkanı şəkər tozu
İçlik üçün:
Yarım stəkan qoz
Üzəri üçün:
Şəkər kirşanı
Kərə yağı yumşaldılır, qaymaq və yumurta sarıları ilə qarışdırılır. Qabartma tozu və un əlavə edilərək yumşaq xəmir hazırlanır. Xəmir təxminən 30 dəqiqə dincəldilir.
Yumurta ağları şəkərlə möhkəm köpük alınana qədər çalınır. Xəmir iki hissəyə bölünərək nazik açılır. Üzərinə mereng və qoz əlavə edilir, rulet kimi bükülərək dilimlənir.
Peçenyelər 180 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə bişirilir. Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir.
Merengin yaxşı alınması üçün yumurta ağına sarının qarışmaması və istifadə olunan qabın tamamilə quru olması vacibdir. Həmçinin xəmir çox qalın açılmamalıdır.
Nuray