Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

REGİON 16 sentyabr 2026, 14:00
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 78 əcnəbini ölkədən deportasiya edib.

Bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Hindistan, Türkiyə, Misir, Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Belarus, Pakistan, Özbəkistan, Banqladeş, Qırğızıstan,
Efiopiya, İordaniya, Şri-Lanka və digər dövlətlərin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub. (oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top