Havvaxanım Rüstəmovaya hökm oxundu

GÜNDƏM 16 sentyabr 2026, 13:45
“Moon Kids” Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, ev dustaqlığında olan H.Rüstəmovaya dəymiş ziyanı ödədiyi üçün 5 il 6 ay müddətinə şərti cəza verilib.

Qeyd edək ki, Havvaxanım Rüstəmova 132 nəfərə qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Cinayət işi üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb. İş üzrə quruma dəymiş yarım milyon manata yaxın ziyanın böyük əksəriyyəti ödənilib. (qafqazinfo)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top