Keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında ölümünə dair yenidən başladılan istintaq davam edir.
Silivri Cumhuriyet Başsavcılığının apardığı araşdırma çərçivəsində “Kurtlar Vadisi Pusu” serialı ilə bağlı da təşkilati təbliğat iddiaları üzrə araşdırmaya başlanılıb.
İstintaqın əvvəlki mərhələsində serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan “məlumat sahibi” statusunda ifadə verməyə çağırılıb.
Kozinoğlunun ölüm işi üzrə isə əvvəlki təqibsizlik qərarı 26 avqust 2026-cı ildə ləğv edilərək istintaq yenidən başladılıb. İş çərçivəsində bir sıra şəxslər saxlanılıb, bəziləri barəsində həbs və məhkəmə nəzarəti tədbirləri seçilib.
Hazırda iş üzrə 4 nəfər həbsdə, 13 nəfər isə məhkəmə nəzarətindədir.
Bundan başqa, Kozinoğlunun dəqiq ölüm səbəbinin və hadisədə üçüncü şəxslərin iştirakının olub-olmadığının müəyyənləşdirilməsi üçün məzarının açılması proseduru həyata keçirilib.
Demokrat.az