Ölkə üzrə qazlaşdırılmayan kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir. Belə məntəqələrdən biri də Şəmkir rayonunun Tatarlı kəndinin yeni yaşayış massividir.
“Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinin Mühəndislik və layihə şöbəsinin rəisi Emin Əliyevin sözlərinə görə, Tatarlı kəndinin genişlənən hissəsində küçə qaz xətlərinin çəkilişi layihəsi çərçivəsində müxtəlif diametrli borulardan istifadə edilməklə ümumilikdə 21 min metr uzunluğunda qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Artıq 18 min metr qaz xəttinin çəkilişi başa çatdırılıb.
Görülən işlərin sakinlər üçün əhəmiyyəti çox böyükdür. Kənd sakini Əli Əliyev deyir ki, uzun illər ərzində sözügedən yaşayış massivində mavi yanacağın olmaması xüsusilə payız-qış mövsümündə sakinlərin ciddi çətinliklərlə üzləşməsinə səbəb olub.