Bulvarda qadına qarşı əxlaqsızlıq edənin ifadəsi dəhşətə gətirir

KRİMİNAL 16 sentyabr 2026, 14:05
Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda Gimnastika məşqçisi N.Kərimovaya əxlaqsız hərəkətlər və xuliqanlıq əməlləri törədən 47 yaşlı Şamxal Nəcəfovun məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmünə əsasən, Cinayәt Mәcәllәsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, qadına qarşı yaxınlaşaraq qulağına nalayiq ifadə dediyini və əxlaqsız hərəkətini etiraf edib.

Ş.Nəcəfov ona elan edilmiş ittiham üzrә özünü tәqsirli bilәrәk ifadәsindә bildirib ki, 15 ilә yaxındır parklarda gecələyir.

"Bu zaman qadın mənə tәrәf çöndü və itələyərək vurmağa, qışqırmağa başladı. Qadının məni vurmasından həzz alıb gülümsədim. Daha sonra bir nəfərin qaçaraq üstümə gəldiyini gördüm və cibimdən bıçağı çıxararaq onun üstünə getdim. Oğlan mənə dedi ki, niyə belə hərəkət edirsən? Hər tərəf kameradır, onsuz da tutulacaqsan. Mən də dedim ki, tutulmağım daha yaxşıdır, onsuz da itirəcək heç nəyim yoxdur" - Ş.Nəcəfov ifadəsində deyib.

Tәqsirlәndirilәn şәxs özünü tәqsirli bilәrәk әmәlindәn sәmimi peşiman olduğunu, ona ağır cәza verilmәsini mәhkәmәdәn xahiş edib.

Qeyd edək ki, hadisə bu il mayın 22-si günorta saatlarında “Dəniz Mall”ın yaxınlığında baş verib. Ş.Nəcəfov qısa müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılıb.(xitab24.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top