100 ildən sonra yeni pişik növü tapıldı

MARAQLI 21 sentyabr 2026, 00:15
Boliviyanın dağlıq meşələrində indiyədək elmə məlum olmayan yeni vəhşi pişik növü aşkarlanıb.

Demokrat.az xəbər verir ki, yeni növə “Tilcayo pələng pişiyi” (Leopardus tilcayo) adı verilib.

Kiçik bədən quruluşu, incə görünüşü, fərqli xalları və yumru qulaqları ilə seçilən heyvanın ölçüsünün bəzi ev pişiklərindən belə kiçik olduğu bildirilir.

Yeni növün aşkarlanması isə təsadüf nəticəsində baş verib. Bölgə sakinlərindən biri küçədə tapdığı heyvanı adi ev pişiyi balası hesab edərək evinə aparıb.

O, heyvanı düyü, makaron və yumurta kimi evdə hazırlanan qidalarla bəsləməyə çalışıb. Lakin heyvanın davranışlarının ev pişiyinə bənzəmədiyini görən sakin vəziyyətdən şübhələnib.

Daha sonra heyvan Senda Verde Vəhşi Təbiətin Mühafizəsi Ərazisinə təhvil verilib. Burada mütəxəssislər və tədqiqatçılar tərəfindən aparılan ətraflı araşdırma zamanı onun əvvəllər elmə məlum olmayan vəhşi pişik növü olduğu müəyyənləşdirilib.

Yeni növün kəşfi uzun müddətdir araşdırılan vəhşi pişiklər arasında belə elmə məlum olmayan canlıların mövcud ola biləcəyini göstərib.

Qeyd edək ki, bu, yüz ildən artıq müddətdən sonra yeni vəhşi pişik növünün kəşfi kimi qiymətləndirilir.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top