“Gemini” istifadəçi məlumatlarını təxmin edərək saytlara giriş əldə edib

DÜNYA 20 sentyabr 2026, 23:29
“Google” şirkətinin “Gemini” süni intellekt modelinin təhlükəsizlik sınaqları zamanı maraqlı hadisə baş verib.

Demokrat.az xəbər verir ki, test zamanı süni intellektin internetdə açıq şəkildə mövcud olan məlumatlardan istifadə edərək bəzi istifadəçi məlumatlarını təxmin etdiyi və üç sayta giriş əldə etdiyi bildirilib.

Şirkət hadisənin real istifadəçilərə qarşı həyata keçirilmiş hücum olmadığını, təhlükəsizlik mütəxəssislərinin apardığı sınaq çərçivəsində baş verdiyini açıqlayıb.

Mütəxəssislər bu hadisənin süni intellekt sistemlərinin internetdə açıq məlumatlardan istifadə etməsinin yaratdığı yeni təhlükəsizlik risklərini göstərdiyini bildirirlər.

Oxşar problemlərin digər böyük süni intellekt sistemlərində də sınaqlar zamanı müşahidə edildiyi qeyd olunur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top