Selçuk Bayraktaroğlu NATO-nun toplantısına qatılıb — VİDEO

DÜNYA 20 sentyabr 2026, 14:35
Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu 19 sentyabr 2026-cı il tarixində Danimarka paytaxtı Kopenhagendə keçirilən NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri Toplantısına qatılıb.

Demokrat.az Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) sentyabrın 20-də yaydığı məlumata istinadən xəbər verir ki, S. Bayraktaroğlu müxtəlif ölkələrdən olan həmkarları ilə görüşüb.

"Ordu generalı Selçuk Bayraktaroğlu toplantıda iştirak edən; Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR), ABŞ Baş Qərargah rəisinin müavini, Almaniya, Albaniya, Birləşmiş Krallıq, Fransa, Hollandiya, İsveç, İtaliya, Polşa və Yunanıstanın Baş Qərargah rəisləri ilə ikitərəfli görüşlər keçirib", - məlumatda bildirilib.

Görüşlərdə ikitərəfli əlaqələr, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top