Rəqs müəllimlərini tənqid etdi: "Uşaqları məhv etməyin"

ŞOU-BİZNES 20 sentyabr 2026, 13:29
Aparıcı Mətanət Əliverdiyeva bəzi rəqs müəllimlərini tənqid edib.

Demokrat.az "axşam.az"a istinadən xəbər verir ki, o, "Xəzər axşamı" verilişində valideynlərə müraciət edərək, peşəkar olmayan müəllimlərin uşaqların gələcəyinə mənfi təsir göstərdiyini bildirib:

"Əziz valideynlər, indi rəqs qrupları çoxdur. Kor təbii rəqs edən uşaqlarımız da xeylidir. Bunu kənardan hamımız müşahidə edirik. Qrupları açırsınız ki, uşaqlara rəqs öyrədəsiniz, amma əslində uşaqların evini yıxmış olursunuz. Onları peşəkar səviyyəyə qaldıra bilmirsiniz.

O uşaqları məhv etməyin. Bəlkə onların arasından doğrudan da çox peşəkar rəqqaslar çıxacaq. Kənardan baxırsan ki, bədən proporsiyaları fərqlidir. Onlar hara qədər gedirlər? Toya qədər. Toyda nəsə edəcək, qazanacaqsınız, cibinizə qoyacaqsınız. Həqiqətən, gülməlidir".

DİGƏR XƏBƏRLƏR

Top