Uzun illər sonra efirə qayıdır

ŞOU-BİZNES 19 sentyabr 2026, 17:48
Müğənni Elnarə Xəlilovanın həyat yoldaşı, hərbi jurnalist Rövşən Cahangirov uzun fasilədən sonra efirə qayıdır.

Demokrat.az Axşam.az-a istinadla xəbər verir ki, Rövşən Cahangirov ARB TV-də efirə çıxacaq. Onun hansı verilişlə efirə qayıdacağı hələ açıqlanmayıb.

Qeyd edək ki, R.Cahangirov illər əvvəl Lider TV-də aparıcılıq edib.

Xatırladaq ki, ötən mövsüm ARB TV-də aparıcılar Zaur Kamal, Xoşqədəm Hidayətqızı və Elgiz Əkbər kanalla yollarını ayırıblar.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 17:48
Top