Türkiyə kinosunun tanınmış aktyoru Kadir İnanırın mirası ilə bağlı məhkəmə prosesi təxirə salınıb.
İyunun 26-da 77 yaşında vəfat edən sənətçinin 2015-ci ildə bir, 2022-ci ildə isə iki olmaqla, ümumilikdə üç vəsiyyətnamə hazırladığı bildirilir. Vəsiyyətnamələrin açılması ilə bağlı Beykoz Ədliyyəsində keçirilən ilk iclasda bəzi vərəsələrə məhkəmə bildirişlərinin çatdırılmaması səbəbindən proses dekabrın 17-nə təxirə salınıb.
İş üzrə ümumilikdə 28 vərəsənin olduğu qeyd edilir.
Məhkəmədən sonra açıqlama verən Kadir İnanırın bacısı oğlu Levent İnanır vəsiyyətnamələrin məzmunu ilə bağlı etirazlarını bildirib.
Onun sözlərinə görə, Kadir İnanır bütün film əsərləri üzrə müəlliflik hüquqlarından əldə olunan gəlirləri, həmçinin babasından qalan bəzi miras paylarını uzun illər həyat yoldaşı olmuş Jülide Kural-a verib.
Levent İnanır iddia edib ki, Kadir İnanırın ailə üzvlərinə şəxsi əşyalarından belə heç nə qalmayıb:
“Dayım bir qol saatı belə, bir qalstuk belə bizə qoymayıb. Bunu onun sağlam olduğu vaxt etdiyinə inanmıram.”
Levent İnanır həmçinin dayısının son illərdə ciddi sağlamlıq problemləri yaşadığını bildirib.
Onun sözlərinə görə, Kadir İnanır 2018-ci ildən etibarən ağır müalicələr alıb, bir neçə dəfə reanimasiyada olub və süni tənəffüs aparatına qoşulub.
Levent İnanır vəsiyyətnamələrin hazırlanma tarixlərinin də suallar yaratdığını söyləyib:
“2015-ci ildə verdiyi vəsiyyətnaməni 2022-ci ildə dəyişir, həmin il ərzində bir dəfə də yeniləyir. Bu vəziyyət bizi düşündürür.”
Ailə hüquqi mübarizəyə hazırlaşır
Levent İnanır ailənin Kadir İnanırın mirasından tamamilə kənarda saxlanılmasına etiraz etdiklərini bildirib.
O vurğulayıb ki, söhbət yalnız maddi mirasdan getmir:
“Jülide xanıma nəsə qoyması bizi üzməz. Amma Kadir İnanırın öz nəslindən heç kimə bir qalstuk belə qoymaması onun dünyagörüşünə uyğun deyil. Biz iqtisadi mirasın arxasınca deyilik. Ailənin tamamilə kənarda saxlanılmasına qəzəblənmişik. Buna görə də hüquqi yollara müraciət edəcəyik.”
Vəsiyyətnamələrin hüquqi qüvvəsi və mirasın necə bölüşdürüləcəyi ilə bağlı yekun qərarın məhkəmə prosesinin nəticəsindən sonra müəyyənləşəcəyi gözlənilir.
Leyla
Demokrat.az