Rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası sürətləndikcə şagirdlərin məlumat əldə etmək və tapşırıqları yerinə yetirmək imkanları da genişlənir. Lakin hazır məlumatların asanlıqla əldə olunması onların müstəqil düşünmə, araşdırma və problem həll etmə bacarıqlarına təsir göstərə bilər.
Təhsil eksperti Məzahir Məmmədli Demokrat.az-a açıqlamasında bildirib ki, elmi-texniki tərəqqi inkişaf etdikcə onun digər, belə deyək, qolları da onunla paralel inkişaf edir.
Onun sözlərinə görə, məsələn, heç gözləmirdik ki, süni intellekt bizim cəmiyyətimizə, məişətimizə, elmimizə, təhsilimizə bu qədər tez təsir edə biləcək:
“Amma təəssüf ki, biz artıq görürük ki, süni intellekt bütün sahələr üzrə, deməli, həyatımızı əhatə edir.
Bu artıq bizim gəncliyimizi, gənc, yetişən nəslimizi milli dəyərlərimizdən ayırır. Yəni çox təəssüf ki, bu cür sürətlə davam etsə, artıq bir neçə ildən sonra bizim ümumtəhsil məktəblərində təhsil alan şagirdlərimiz həm yazı bacarıqlarını itirəcəklər, düşünmə qabiliyyətləri zəifləyəcək, bir sözlə, kütləviləşmə baş verəcək. Çünki artıq düşünmək üçün heç bir əsas qoymur.
Əgər bir şagirdə bir imla, bir esse tapşırılırsa, o, süni intellektdən kömək almaqla işini bitmiş hesab edir. Yəni süni intellekt onun üçün həm obraz yaradır, həm də süjet xətti qurur. İstədiyi bir məhsulu əldə edə bilir. Bu da onun artıq düşünmə qabiliyyətini tamamilə əlindən alır.
Baxın, artıq həm təhsil, həm də iqtisadiyyat baxımından inkişaf etmiş ölkələr süni intellektlə bağlı həyəcan təbili çalmağa başlayıblar. Və bunlar artıq onun məktəblərdə qadağan edilməsinin tərəfdarıdırlar. Hətta Amerika kimi bir ölkədə Nyu-York ştatının meri bu məsələ ilə bağlı çox ciddi mövqe nümayiş etdirdi və məktəblərdə, deməli, süni intellektlə bağlı qadağalar təklif etdi.
Yəni artıq süni intellektin bu sürətli inkişafının qarşısını almaq da bir o qədər asan olmayacaq. Amma ümumilikdə heç olmasa, bundan düzgün istifadəyə təşviq etmək lazım gələcək. Çünki biz nə qədər ki, bu məsələdə hər şeyi özbaşına buraxmışıq, bizim üçün o süni intellektin formalaşdırdığı suallar və cavablar – təbii ki, cavablar da həmişə doğru-dürüst olmur – müəyyən problemlərə gətirib çıxaracaq.
Onun üçün də indidən müəyyən tədbirlər planı hazırlanmalıdır ki, gələcək nəslin düzgün formalaşması, rəqəmsal texnologiyalardan düzgün istifadə edilməsi və onların təhsilə inteqrasiyasının düzgün aparılması təmin olunsun”, - deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı