Türkiyənin tanınmış sənətçisi Funda Arar musiqi sektorunda süni intellekt texnologiyalarının artan istifadəsinə münasibət bildirib.
Demokrat.az xəbər verir ki, sənətçi D-Smart Spor və Dream Türk-ün birgə hazırladığı “Sahne Smart” proqramının ilk qonağı olub.
Musiqi sənayesində süni intellektin təsirindən danışan Funda Arar ona təqdim olunan demoların böyük hissəsinin artıq süni intellekt dəstəkli olduğunu deyib.
“Bəzən bəyəndiyim istisna işlər də ortaya çıxır. Amma ümumilikdə təəssüf ki, belə deyil. Süni intellekt ortalığı qarışdırır”, - deyə sənətçi bildirib.
Funda Arar musiqi dünyasında uzunmüddətli uğur qazanmağın və zamansız əsərlər yaratmağın asan olmadığını vurğulayıb.
Onun sözlərinə görə, bunun üçün güclü musiqi bazasına sahib olmaq vacibdir:
“Zamansız olmaq asan deyil. Musiqi bazanızın çox güclü olması lazımdır. Hazırda təəssüf ki, yalnız trendlər ön plandadır. Yeni fəaliyyətə başlayan gənc həmkarlarımız isə təcrübə qazandıqca bu işi öyrənəcəklər”.
Sənətçi karyerasında xüsusi yeri olan “Senden Öğrendim” mahnısından da danışıb.
Funda Arar mahnının bəstəsi və sözlərinin bir-biri ilə mükəmməl şəkildə uzlaşdığını bildirib:
“İnanılmaz bəstə və üzərində yazılmış möhtəşəm sözlər var. Söz və musiqinin bu qədər qüsursuz şəkildə bir-birinə uyğunlaşdığı çox az əsər var. Çox xüsusi mahnıdır. Məncə, 30-40 ildən sonra da dinlənilməyə davam edəcək”.

Nuray