Azərbaycanda kompüter və elektron məhsulların istehsalında kəskin geriləmə qeydə alınıb. Bu sahədə istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34.8 faiz azalıb.
İstehsalın azalması bazarda elektron və texnoloji məhsulların qiymətlərinə və idxaldan asılılığa necə təsir edə bilər?
İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, bizdə həmin məhsulların böyük əksəriyyəti əslində tam istehsal olunmurdu, əsasən yığılma formasında həyata keçirilirdi.

Onun sözlərinə görə, yəni məhsulun ayrı-ayrı detalları, komponentləri və xammalı xaricdən gətirilir, Azərbaycanda isə onların yığılması həyata keçirilirdi:
“İndi isə həmin məhsulların yığılma həcmi azaldığı üçün onları xaricdən birbaşa hazır məhsul şəklində almaq daha sərfəli hesab olunur. Buna görə də Azərbaycanda yığılma prosesinin müəyyən qədər azalmasının şahidi oluruq”.
İqtisadçı əlavə edib ki, bu proses öz növbəsində idxalın artmasına gətirib çıxaracaq:
“Çünki əvvəllər Azərbaycanda yığılaraq istehsal kimi təqdim olunan məhsulların da xammalı, detalları və əsas komponentləri xaricdən gətirilirdi. Biz həmin məhsulların əsas hissəsini özümüz istehsal etmirdik. Sadəcə, xaricdən gətirilən komponentlər burada birləşdirilir və hazır məhsul formasına salınırdı. İndi isə həmin mərhələnin aradan qalxması və hazır məhsulun birbaşa xaricdən alınmasının daha sərfəli olması nəticəsində ölkəyə gətirilən hazır məhsulların həcmi artacaq. Bu baxımdan, idxal göstəricilərində də artımın müşahidə olunması təbii prosesdir”.
Fidan Hacızadə