"iPhone" batareyası daha tez boşalmağa başlayıb — "Apple" səbəbini açıqladı

TEXNOLOGİYA 17 sentyabr 2026, 10:19
14 sentyabrda “Apple” şirkəti iOS 27-ni təqdim edib. Yeniləmə "iPhone"a “Siri” üçün süni intellekt imkanları və bir sıra digər təkmilləşdirmələr gətirir. Lakin yeniləməni quraşdırdıqdan sonra "iPhone" batareyasının əvvəlkindən daha sürətlə boşaldığı hiss oluna bilər. Şirkət bunun narahatlıq doğuracaq hal olmadığını və müvəqqəti xarakter daşıdığını bildirib. 

Demokrat.az
xəbər verir ki, bu barədə CNET yazıb.

“Apple” 2026-cı ilin iyulunda dərc etdiyi açıqlamada da yeniləmədən sonra "iPhone" batareyasının sürətlə boşalmasının narahatlıq üçün səbəb olmadığını vurğulayıb.

“Bu, normal haldır. Çünki cihazınız məlumatların və faylların axtarış üçün indeksləşdirilməsi, yeni resursların yüklənməsi və tətbiqlərin yenilənməsi də daxil olmaqla, fon rejimində quraşdırma prosesini başa çatdırmaq üçün müəyyən vaxta ehtiyac duyur. Yeniləmədən dərhal sonra, xüsusilə də böyük yeniləmədən sonra, batareyanın işləmə müddətinə və cihazın istilik göstəricilərinə müvəqqəti təsir müşahidə edə bilərsiniz”, deyə “Apple” dəstək səhifəsində bildirib.

İstifadə vərdişləri də təsir edir

Bununla yanaşı, istifadəçinin "iPhone"dan şəxsi istifadə vərdişləri də batareyanın daha tez boşalmasına səbəb ola bilər. “Apple” bəzi funksiyaların işləməsi üçün daha çox resurs tələb oluna biləcəyini qeyd edib.

“Beləliklə, cihazınız əvvəlcə bir qədər daha çox batareya enerjisi sərf edə bilər. Lakin bu, iOS 27-nin yüklənməsindən sonra müvəqqəti problem olmalıdır. Əgər iOS 27-ni quraşdırdıqdan sonra "iPhone"dan daha çox istifadə etdiyinizi görürsünüzsə, bu da batareyanın daha sürətli boşalmasına səbəb ola bilər”, dryuə şirkət xəbərdarlıq edib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top