YapiKredi Müraciət Forması
Özəl Sağlamlıq

Günəş kremindən istifadə edənlərin diqqətinə – Bu nahiyələri də qorumaq lazımdır

Günəş kremindən istifadə edənlərin diqqətinə – Bu nahiyələri də qorumaq lazımdır

Günəşdən qoruyucu kremlərdən istifadə zamanı bir çox insan yalnız üz nahiyəsinə diqqət yetirir. Lakin mütəxəssislər bədənin digər hissələrinin də ultrabənövşəyi şüalardan qorunmasının vacib olduğunu bildirirlər.

Demokrat.az xəbər verir ki, dermatoloq İmge Durmazın sözlərinə görə, günəş kremindən yalnız yay aylarında deyil, ilin bütün fəsillərində istifadə edilməlidir. Buludlu havalarda belə ultrabənövşəyi şüalar dəriyə təsir göstərir.

Mütəxəssis qeyd edib ki, günəş kremi çəkilərkən boyun, qulaqlar, ənsə, əllərin üst hissəsi və saç dərisi də unudulmamalıdır.

Onun sözlərinə görə, məhsul seçərkən həm UVA, həm də UVB şüalarına qarşı qoruma təmin edən, geniş spektrli vasitələrə üstünlük verilməlidir.

Dermatoloq günəşdən qorunmanın dəri sağlamlığının qorunmasında mühüm rol oynadığını vurğulayıb.

FH
Fidan Hacızadə
Müxbir