YapiKredi Müraciət Forması
Hadisə

Ağır qəzada ölən 58 yaşlı Əhlimanın FOTOSU

Ağır qəzada ölən 58 yaşlı Əhlimanın FOTOSU

Xəbər verildiyi kimi, bu gün Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hovo" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü - əslən Göyçay şəhərindən olan 1968-ci il təvəllüdlü Qəfərov Əhliman Cəbrayıl oğlu hadisə yerində həyatını itirib.

Qeyd edək ki, Ə.Cəbrayılov ailəli idi və onun 3 övladı var. Yaxınlarının bildirdiyinə görə, mərhum tiktinti şirkətlərinin birində yük avtomobilinin sürücüsü kimi fəaliyyət göstərirmiş.

Faktla bağlı araşdırma aparılır. (mətbuat.az)

Ağır qəzada ölən 58 yaşlı Əhlimanın FOTOSU

NE
Nihadə Eyyubova