YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Cinayət tarixinə düşən şəxslərin bürcləri araşdırılıb: Dörd bürc diqqət çəkir

Cinayət tarixinə düşən şəxslərin bürcləri araşdırılıb: Dörd bürc diqqət çəkir

Adətən bürclər haqqında danışarkən ən romantik, ən sadiq və ya ən əyləncəli hesab olunan bürclərdən söz açılır. Bu dəfə isə mövzu bir qədər fərqlidir. Cinayət tarixinə düşmüş şəxslərin doğum tarixlərini araşdıran bir araşdırmada bəzi bürclərin digərləri ilə müqayisədə daha çox təmsil olunduğu iddia edilib.

"The Line-Up" nəşrinin dərc etdiyi siyahıda dörd bürc xüsusi diqqət çəkib. Maraqlıdır ki, onların hamısı astrologiyada "dəyişkən" qrupa aid edilir.

Balıqlar

Siyahının ilk pilləsində Balıqlar qərarlaşıb. Bu bürcün nümayəndələri adətən güclü empatiya qabiliyyəti, həssaslıq və insanları anlama bacarığı ilə tanınırlar. Lakin araşdırmada qeyd olunur ki, bu xüsusiyyətlər bəzi hallarda insanları manipulyasiya etmək üçün də istifadə oluna bilər. Balıqların əvvəlcə etibar qazanıb, daha sonra gözlənilməz davranış sərgiləyə biləcəyi iddia edilir.

Əkizlər

Siyahıda yer alan növbəti bürc Əkizlərdir. Ünsiyyətcilliyi, çevik düşüncəsi və zarafatcıl xarakteri ilə seçilən bu bürcün nümayəndələrinin dəyişkən davranışları diqqətə çatdırılır. Araşdırmaya görə, Əkizlər bəzən qısa müddətdə tamamilə fərqli davranış nümayiş etdirə, ətrafdakılara göstərmədikləri tərəflərini üzə çıxara bilərlər.

Qız

Üçüncü yerdə Qız bürcü qərarlaşıb. Analitik düşüncəsi, detallara diqqəti və planlı davranışı ilə tanınan Qızların hər addımı əvvəlcədən hesablamaq qabiliyyətinə malik olduğu vurğulanır. Araşdırmada bu xüsusiyyətlərin onları siyahıda fərqləndirdiyi bildirilir. Qeyd edək ki, məqalənin müəllifi də Qız bürcündən olduğunu xüsusi olaraq qeyd edib.

Oxatan

Siyahını tamamlayan dördüncü bürc isə Oxatandır. Azadlığı sevən, macəra axtaran və risk etməkdən çəkinməyən Oxatanların sərhədləri aşmağa meyilli olduqları iddia edilir. Araşdırmaya əsasən, onların cəsarətli və qaydalara qarşı sərbəst münasibəti bəzən gözlənilməz nəticələrə səbəb ola bilər.

NE
Nihadə Eyyubova