Bəzi insanlar səhər saatlarında qarın nahiyələrinin normal olduğunu, gün ərzində isə xüsusilə yeməkdən sonra şişkinlik yarandığını müşahidə edirlər.
Demokrat.az xəbər verir ki, mütəxəssislər bu vəziyyətin hər zaman bağırsaqlarda qaz toplanması ilə əlaqəli olmadığını bildirirlər.
Qastroenteroloq professor Melih Özəl belə şişkinliyin səbəblərindən birinin abdominofrenik dissinerji ola biləcəyini açıqlayıb.
Bu vəziyyət zamanı diafraqma və qarın divarının əzələləri arasında koordinasiya pozulur. Nəticədə yeməkdən sonra qarın nahiyəsində qabarmalar meydana gəlir.
Mütəxəssislər bildirirlər ki, belə hallarda şişkinliyi yalnız qida qəbulu və qazla əlaqələndirmək düzgün deyil. Problemin səbəbini müəyyənləşdirmək üçün tibbi müayinədən keçmək vacibdir.
Qeyd edək ki, qarında davamlı şişkinlik müxtəlif həzm sistemi problemlərinin də əlaməti ola bilər.


