Bitcoin mədənçiliyi ilə məşğul olan şirkətlər kriptovalyutanın qiymətindən asılılığı azaltmaq üçün fəaliyyətlərini süni intellekt və yüksək məhsuldarlıqlı hesablama sistemlərinə yönəltməyə başlayıblar. Xüsusilə böyük enerji gücünə və məlumat mərkəzi infrastrukturuna malik şirkətlər üçün bu sahə daha gəlirli alternativə çevrilir.
Demokrat.az xəbər verir ki, bəzi şirkətlər mədən avadanlıqlarını və kriptovalyuta aktivlərini sataraq tamamilə süni intellekt infrastrukturuna keçirlər. Digərləri isə mövcud enerji və məlumat mərkəzi imkanlarını Bitcoin mədənçiliyi ilə süni intellekt hesablama sistemləri arasında bölüşdürür.
Bu istiqamətdə "TeraWulf" şirkətinin fəaliyyəti diqqət çəkir. Şirkətin "Anthropic" ilə bağladığı 20 illik məlumat mərkəzi müqaviləsinin 19 milyard dollardan çox gəlir potensialına malik olduğu bildirilir.
Süni intellektə daha çox enerji və hesablama gücünün ayrılması Bitcoin şəbəkəsinin ümumi hesablama gücünün artımına da təsir göstərib. "CoinShares" məlumatlarına görə, şəbəkənin ümumi hesablama gücü gözlənilən artım tempindən təxminən 50 faiz aşağıdır.
Mədən şirkətlərinin istiqamət dəyişikliyinin əsas səbəblərindən biri enerji gücündən əldə olunan gəlirdəki fərqdir. Bildirilir ki, süni intellekt üçün yüksək məhsuldarlıqlı hesablama infrastrukturu bir meqavat güc hesabına ildə təxminən 1,5 milyon dollar gəlir yarada bilər. Bitcoin mədənçiliyində isə eyni gücün gəliri təxminən 500 min dollar təşkil edir.
Bundan başqa, yeni məlumat mərkəzlərinin tikintisinin çətinləşməsi mövcud enerji və infrastruktur imkanlarını daha qiymətli edib. Bu səbəbdən bəzi böyük mədən şirkətləri süni intellekt layihələrinə daha çox resurs ayırmağa başlayıblar.
Bununla belə, Bitcoin mədənçiliyinin perspektivlərinin tamamilə zəiflədiyi düşünülmür. Analitiklər hesab edirlər ki, kriptovalyutanın qiymətində davamlı artım baş verərsə, gəlirlilik balansı yenidən mədənçilik şirkətlərinin xeyrinə dəyişə bilər.
Jalə
Demokrat.az