Sahradan keçmiş həyat yoldaşı ilə bağlı yeni açıqlama — Paylaşımı gündəm oldu

ŞOU-BİZNES 19 sentyabr 2026, 18:00
“Survivor” yarışması ilə tanınan Sahra Işık keçmiş həyat yoldaşı İdris Aybirdi ilə bağlı yeni paylaşımları ilə yenidən gündəmə gəlib.

Demokrat.az
xəbər verir ki, 2019-cu ildə Aybirdi ilə ailə quran və ötən aylarda bir iclasda boşanan Işık ayrılıqdan sonra keçmiş həyat yoldaşı tərəfindən psixoloji təzyiq və təhdidlərə məruz qaldığını iddia edib. O, həmçinin Aybirdinin evlilikləri davam edərkən “Kızılcık Şerbeti” serialında rol alan aktrisa ilə münasibət yaşadığını irəli sürüb.

Bu şəxsin Seray Kaya olduğu iddiası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İdris Aybirdi isə Kaya ilə münasibətdə olması barədə iddiaları rədd edib. O, boşanmanın qarşılıqlı hörmət çərçivəsində baş verdiyini bildirərək üçüncü şəxslərin şəxsi həyata cəlb edilməsini düzgün hesab etmədiyini deyib.

Seray Kaya da ittihamları qəbul etməyib. Aktrisa məsələ ilə bağlı açıqlamasında özünün və ailəsinin adını ləkələyəcək hər hansı davranışa yol vermədiyini bildirib. Kaya Sahra Işıkla yalnız toy mərasimində tanış olduğunu, daha sonra onunla görüşmədiyini qeyd edib.

Sahra Işık isə son paylaşımında susmaqdan yorulduğunu yazaraq psixoloji təzyiq və təhdid mesajları aldığını iddia edib. O, həmçinin övladının əlindən alınacağı ilə təhdid edildiyini bildirib.

Işık daha sonra keçmiş həyat yoldaşının ona zəng etdiyini və mesajlar göndərdiyini göstərən görüntüləri sosial media hesabında yayımlayıb. Paylaşımlar qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 17:48
Top