İstanbul klubundan Hakan Çalhanoğlu bombası — Danışıqlar başlayır

İDMAN 19 sentyabr 2026, 17:30
“Fənərbağça” qış transfer pəncərəsində heyətini Türkiyə millisinin ulduzu Hakan Çalhanoğlu ilə gücləndirmək istəyir.

Demokrat.az
xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə, İstanbul klubu 32 yaşlı yarımmüdafiəçinin vəziyyətini yaxından izləyir və yanvar ayında onun transferi ilə bağlı danışıqlara başlamağı planlaşdırır. Hazırda “İnter”də çıxış edən Çalhanoğlunun İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Məlumata əsasən, “Fənərbağça” rəhbərliyi orta xəttə əlavə oyunçu cəlb etmək üçün Çalhanoğlunu əsas namizədlərdən biri hesab edir. Milli futbolçunun da Türkiyəyə qayıtmağa müsbət yanaşdığı və “Fənərbağça”nın onun üçün prioritet variant olduğu iddia edilir.

Çalhanoğlu yarımmüdafiənin müxtəlif mövqelərində – 6, 8 və 10 nömrəli rollarda çıxış edə bilir. Bu xüsusiyyətinin İstanbul təmsilçisinin marağını artıran amillərdən biri olduğu bildirilir.

Digər tərəfdən, Çalhanoğlu hazırda “İnter”lə yeni müqavilə məsələsini müzakirə edir. Tərəflər arasında görüşlərin davam etdiyi qeyd olunur. Buna görə də futbolçunun gələcəyi ilə bağlı yekun qərarın qarşıdakı aylarda verilməsi gözlənilir.

“Fənərbağça”nın isə qış transfer dövründə danışıqlara başlayaraq türkiyəli futbolçunu heyətinə qatmaq üçün konkret addımlar atmağa hazırlaşdığı bildirilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

19 sentyabr 2026, 17:48
Top